Arxiv
1 mart 2019, 08:35 | DİASPOR
ABŞ-ın Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alim  

Deyir ki, - "İqtisadiyyatı üç amil irəli aparır. Əmək gücü və onun məhsuldarlığı, kapital qoyuluşu və onun yaratdığı dəyər, bir də texnoloji inkişaf. Və ən başlıcası yüksək nəticəyə doğru istiqamət düzgün olmalıdır. Məsələn, el dili ilə belə söyləmək olar: Masallıya getmək üçün əgər Qazax yolu ilə irəliləsək, xeyli vaxt itirəcəyik. Masallıya vaxtında çatmaqdan ötrü Lənkəran-Astara şossesi ilə şütümək lazımdır"…


…Atası Xanoğlan Hüseynov əslən Ağdaş rayonundandır. Azərbaycan Kooperasiya Universitetində dosent vəzifəsində işləyir. İqtisadiyyat elmləri namizədidir. Anası Şaxanım Hüseynova uzun illər Açıq Cəmiyyət İnstitutunda inzibati işdə çalışıb, bir neçə ildir ki, təqaüddədir…


Haqqında söhbət açdığım Fariz Hüseynov 1981-ci ildə Bakıda dünyaya gəlib. 1997-ci ildə 95 nömrəli orta məktəbi bitirib. 1997-1998-ci illərdə Türkiyənin Bursa şəhərində dil kurslarını keçdikdən sonra, iki il Mərmərə Universitetinin bank işi fakültəsində, 2000-2003-cü illərdə isə İstanbul Universitetinin "Biznesin idarə edilməsi" fakültəsində ali təhsil alaraq, bakalavr dərəcəsinə yiyələnib. Sonra bir il İstanbul Universitetinin maliyyə fakültəsinin magistraturasında oxusa da, təhsilini ABŞ-ın İndiana ştatındakı Ball Dövlət Universitetində davam etdirib. 2005-ci ildə burada biznesin idarə olunması üzrə magistr dərəcəsinə yüksəlib (MBA).


2005-2009-cu illərdə Tennesi ştatında Memfis Universitetinin doktoranturasında elmi işlə məşğul olaraq, maliyyə ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə sahib olub.(PhD). 2009-cu ildən Şimali Dakota Dövlət Universitetinin biznes fakültəsində çalışır. Ötən müddət ərzində o, baş müəllimdən dosent vəzifəsinədək yüksələ bilib…


…Ömür-gün yoldaşı Günel Hüseynova Azərbaycan Aviasiya Akademiyasında bakalavr, Fransanın Strasburq Universitetində isə magistr dərəcələrinə yiyələnib. Yaşadıqları Şimali Dakota ştatının Farqo şəhərində mağazalar şəbəkəsinə daxil olan mağazalardan birinə rəhbərlik edir. İki övladı var. Oğlu Ceyhun 7, qızı Sara isə 2 yaşındadır…


Deyir ki, - "Amerikaya gəlmək istəyənlərin çox olmasına sevinirəm, amma elə gənclər gəlsin ki, qarşılarında məqsəd olsun. Təhsil almaq, biznes qurmaq niyyəti ilə gəlsələr, uğur qazanacaqlarına şübhəm yoxdur"…


Arzuları çoxdur. Yaxın müddətdə full professor olmaq, ən nüfuzlu elmi jurnallarda məqalələr çap etdirmək, maliyyə sahəsində ekspert kimi fəaliyyət göstərmək onun ən əsas istəklərindəndir. İdmanı çox sevir, ilboyu üzgüçülüklə məşğul olsa da, əsasən qış idman növlərinə həvəslidir. Buz üstündə xokkey oynamağı, konki sürməyi xoşlayır…


Bu səviyyəyə çatmasında valideynlərinə borclu olduğunu dilə gətirir və "məndə elmə həvəsi onlar yaradıblar",- söyləyir və arzulayır ki, bütün valideynlər övladlarını irəli getməyə və uğur qazanmağa həvəsləndirsinlər…


Bəli, Şimali Dakota Dövlət Universitetində bir gənc alim var. O, azərbaycanlı olduğundan qürur duyur. Və ən başlıcası odur ki, dərslərini Azərbaycan üzərində quraraq, tələbələrinə vətənimizi sevdirə bilir…



Elman Eldaroğlu,

ABŞ, Miçiqan
[email protected]

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51 Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi 21 Sentyabr 2019, 15:34 Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?! 21 Sentyabr 2019, 15:23 Umud Mirzəyev Cenevrədə bəyanat verib 21 Sentyabr 2019, 15:15 İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik etdi 21 Sentyabr 2019, 15:04 Bakı metrosunda HADİSƏ - Qatar TÜSTÜLƏNDİ - Sərnişinlər təxliyə olundu 21 Sentyabr 2019, 14:55 Prezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM 21 Sentyabr 2019, 14:51 “UNEC ikili diplom proqramları” sərgisi keçirildi 21 Sentyabr 2019, 14:45