Modern.az

"Azərsu"dan daha bir yeni layihə

"Azərsu"dan daha bir yeni layihə

Təhsil

9 Dekabr 2011, 16:52

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, qurum həyata keçirilən layihələrdə əhalinin daha keyfiyyətli içməli su ilə təmin olunmasına xüsusi önəm verir. 2011-ci ilin ikinci rübündən icrasına başlanmış Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsi üzrə yeni mənbə seçilib. Əvvəlki layihələrdə Zərdab şəhərinə Kür çayından, Ucar şəhərinə isə Göyçay rayonu ərazisində qazılacaq subartezian quyulardan suyun verilməsi nəzərdə tutulurdusa, yeni layihədə hər iki rayon mərkəzinə, eləcə də bu rayonların 50-yə yaxın kəndinə Ağsu rayonu ərazisində yerləşən Külüllü mənbəyindən keyfiyyətli su veriləcək. Aparılmış tədqiqat işlərinin nəticələrinə əsasən Girdiman çayının məcrasında yerləşən Külüllü mənbəyindən saniyədə 500 litr və ya sutkada 40 min kubmetr içməli su götürmək olar. Avropa İttifaqının və Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən mənbədən həmçinin Kürdəmir və Ağsu şəhərlərinə və bu rayonların 30-dan artıq kəndinə də su veriləcək. Külüllü su mənbəyi dəniz səviyyəsindən 170 metr yüksəklikdə yerləşir və bu imkan verir ki, buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə, həmçinin magistral kəmərin keçəcəyi əraziyə yaxın kəndlərə içməli su özüaxımlı rejimdə ötürülsün. Bu elektrik enerjici xərclərini sıfıra endirməklə, istehlakçıların fasiləsiz su təminatına imkan verəcək. Qeyd edək ki, hazırda Kürdəmir şəhərinin bir hissəsi Külüllüdən götürülən su ilə təmin olunur. Ucar, Zərdab şəhərləri və ətraf kəndlərin sakinləri çay və kanal suyundan istifadə edir.

Qeyd edək ki, 2011-ci ilin ikinci yarısından Kürdəmir, Ucar və Zərdab şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmşdır. Layihəyə uyğun olaraq Zərdab və Ucarda işlər 2012-ci ilin sonlarında, Kürdəmirdə isə 2013-cü ildə başa çatdırılacaq.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı