Modern.az

Arif Əliyevin yeni klubu jurnalistlərə hansı imkanlar yaradacaq?

Arif Əliyevin yeni klubu jurnalistlərə hansı imkanlar yaradacaq?

Təhsil

9 Dekabr 2011, 17:07

“Frontlayn” klubu (“Frontline”) gələn ilin yazından öz binasında fəaliyyətə başlayacaq. Bu barədə Modern.az saytına yeni yaradılan media klubunun təşəbbüskarı, “Yeni Nəsil” Jurnalitlər Birliyinin sədri Arif Əliyev məlumat verib.

Onun sözlərinə görə, klubun fəaliyyəti hələlik hazırlıq mərhələsindədir və üç tədbirin keçirilməsi nəzərdə tutulub.

A.Əliyevin bildirib ki, “Frontlayn”nın ikinci tədbiri jurnalistikanın səviyyəsi və “Media açarı”  mükafatının təqdimatı ilə bağlı olacaq. İkinci tədbirin ilin sonunda baş tutacağını deyən A.Əliyev bildirib ki, üçüncü tədbir gələn il keçiriləcək və növbəti ilin önəmli hadisələri qabardılacaq.
“Çox güman ki, orada “Eurovision” məsələsi də olacaq”.  

A.Əliyevin sözlərinə görə, hazırda təşkilatın nizamnaməsininı, üzvlərlə bağlı kodeksin  hazırlanması məsələsi müzakirə olunur. Bundan əlavə, beynəlxalq “Frontlayn” şəbəkəsi ilə danışıqlar aparılır.

“Ola bilsin Londonda olan əməkdaş bu məsələni həll etsin, ola bilsin onların nümayəndəsini  Azərbaycana dəfət etdik. Bunlar çox önəmli məsələlərdir”.

A.Əliyev ”Frontlayn” klubunun əsas ofisi ilə danışıqların şifahi aparıldığını, ancaq hələ rəsmiləşmədiyini qeyd edib. Onun sözlərinə görə, bütün bu məsələlər gələn ilin yazında öz həllini tapacaq.

A.Əliyev onu da qeyd edib ki, “Frontlayn” klubunu digər media təşkilatlarından fərqləndirən bir sıra üstünlükləri olacaq. Qurumun hər gün tədbirlər keçirəcəyini deyən A.Əliyev bidlirib ki, jurnalistlər önəmli məsələləri müzakirə etmək imkanı qazanacaq, kluba üzv dövlətlərin ekspertlərinin fikirləri ilə tanış olacaq, üzv ölkələrin jurnalistika təcrübəsindən, materiallarından istifadə edəcək, eyni zamanda jurnalistlər cəmiyyətin digər təbəqələri, xüsusilə də ziyalı təbəqəsi ilə, ekspertlərlə daim ünsiyyətdə olacaqlar.  

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür