Modern.az

Türkiyə səfirliyi İntiqam Əliyev barədə açıqlama verdi

Türkiyə səfirliyi İntiqam Əliyev barədə açıqlama verdi

9 Dekabr 2011, 17:56

Türkiyənin Azərbaycandakı Səfirliyi Türkiyədə təzyiqlərə mərz qalaraq bu ölkədən deportasiya olunan hüquq müdaqfiəçisi İntiqam Əliyev barədə açıqlama verib. Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyindən Modern.az-a verilən açıqlama bildirlib:

“2011-ci il 6 dekabr tarixində hüquq müdafiəçisi İntiqam Əliyevin Türkiyədən çıxarkən Atatürk hava limanında Türk polisi ilə yaşadığı problemə bəzi media orqanlarının yanaşma tərzini heyrət və təəssüflə qarşılayırıq. Türkiyədə çox az-az hallarda meydana gələn tamamilə hüquqi bir hadisənin bu qədər şişirdilməsi olduqca təəccüblüdür.

Digər tərəfdən bir çox jurnalistin səfirliyimizlə heç bir əlaqəsi olmayan bu hadisəni ümumiləşdirərək “Türkiyə…” adından istifadə etməsini və təxribatçı üslubda yazılar yazmasını pisləyirik. Bu cür yazılar ölkələrimiz və xalqlarımız arasındakı əlaqələri yanlış istiqamətə yönəltməklə qalmayıb, eyni zamanda qardaşlıq əlaqələrinə qarşı da böyük bir haqsızlıqdır.

Bir nəfərin yaşadığı və hər iki ölkədə də meydana gələ biləcək belə bir hadisəni, başqa bir müsdəviyə daşıyaraq Türkiyə-Azərbaycan əlaqələrini bir sıra mənfəətlərə alət etməyin jurnalalistika etikasına uyğun olmadığını düşünürük.

Nəticədə, səfirliyimizlə əlaqəsi olmayan və təssüf hissi ilə qarşılanan belə bir hadisəni öz miqyasında dəyərləndirmək lazımdır. 

Türkiyənin Azərbaycandakı səfirliyi hər zaman olduğu kimi bundan sonra da ölkələrimiz və xalqlarımız arasındakı mükəmməl qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi yönündəki çalışmalarına davam edəcək”.

Xatırladaq ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev dekabrın 7-də İstanbul Atatürk hava limanında mülki geyimli şəxslər tərəfindən təzyiqlərə məruz qalıb, onu döyüblər.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir