Milli Məclisin deputatı Vahid Əhmədov Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşərək onları qəbul edib. Deputatın köməkçisi Arif Orucovun Modern.az-a verdiyi məlumata görə, qəbula V.Əhmədovun seçildiyi 52 saylı seçki dairəsinin seçicilərindən başqa digər dairənin və qonşu Xaçmaz, Qusar rayonunun da sakinləri gəliblər. Ümumilikdə 47 vətəndaş qəbul edilib. Seçicilərin ən çox qaldirdiqları məsələlər - torpaq sürüşməsi nəticəsində evlərini itirdiklərinə görə evlə təmin olunmaları, sosial yardımların təyini prosedurunun məmurlar tərəfindən əsassız uzadılması, işsizlik problemi, torpaqların paylanması zamanı buraxılmış səhvlər, yolların təmiri, yardımların olunması və s. olub.
İnsanları narahat edən məsələlərin qabardılması ilə paralel deputatın Milli Məclisdəki fəaliyyətinə də öz fikir və təkliflərini verməyə gələnlər də olub. Belə ki, başda Quba şəhər 2 saylı orta məktəbin direktor müavini Gülçöhrə Əsgərova olmaqla kollektivin daha üç nümayəndəsi Vahid Əhmədova Milli Məclisdəki səmərəli fəaliyyətinə görə öz
təşşəkürlərini bildirərək,fevral ayında məktəbin təmirindən sonra keçiriləcək tədbirinə gəlməsini xahiş ediblər. Xahiş deputat tərəfindən məmuniyyətlə qəbul edilib.
Qəbulun sonunda ofis qarşısında yığılmış vətəndaşlar ilə söhbət aparılıb, cari ilin sonunadək daha bir görüşün keçirilməsi barədə məlumat verilib.
|
|
|
|
|