Modern.az

Cahangir Əsgərovun işçisi qaçaqmalçı ilə əlbir olubmuş

Cahangir Əsgərovun işçisi qaçaqmalçı ilə əlbir olubmuş

10 Dekabr 2011, 12:48

Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Bakı-Moskva aviareysi ilə hərəkət etmək istəyən Azərbaycan vətəndaşı Emin Ramazanov gömrük nəzarətindən keçdikdən sonra təyyarənin bortunda saxlanılıb və qanunvericiliyə uyğun olaraq, hal şahidlərinin iştirakı ilə onun əl çantasına baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, baxış zamanı həmin çantadan 2538 ədəd - hər biri 100 ABŞ dolları nominalında olmaqla, cəmi 253 min 800 ABŞ dolları aşkar olunaraq, protokol əsasında götürülüb.

İlkin araşdırma zamanı E.Ramazanov izahatında bildirib ki, çantasından aşkar olunan 253 min 800 ABŞ dollarını ona təyyarəyə keçirməkdə “Azərbaycan Hava Yolları” QSC Aviasiya Təhlükəsizlik İdarəsinin növbə rəisi müavini Rəşadət Vəliyev kömək edib. Belə ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun məhdud girişli steril zonasındakı sanitariya qovşağında “Azərbaycan Hava Yolları” QSC Aviasiya Təhlükəsizlik İdarəsinin növbə rəisi müavini Rəşadət Vəliyev pulu öz üzərində səhər saatlarında gömrük nəzarətindən gizli keçirdikdən sonra E.Ramazanova verib.

Faktla bağlı təhqiqat aparılır.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi