Modern.az

"Jurnalistlər üçün qış məktəbi” bağlandı

"Jurnalistlər üçün qış məktəbi” bağlandı

Təhsil

10 Dekabr 2011, 16:14


İsmayıllı rayonunda Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) “Jurnalistlər üçün qış məktəbi” layihəsi çərçivəsində reallaşdırılan növbəti 4 günlük tədbir bu gün öz işinə yekun vurub.

Modern.az xəbər verir ki, tədbirin sonuncu iş günündə “Blogerlik və sosial jurnalistika” mövzusunda gənc blogger-təlimci Rəşad Əliyevin məlumatı dinlənilib.

O qeyd edib ki,bloqçuluq, blogerlik operativlik və çevikliyi tələb edir.

“Bloqçuluq, blogerlik həm də peşəkarlıqla amatorluq arasındadır”.

Tədbirə qatılan “AGbank”-ın təmsilçisi, eks-millət vəkili Əkrəm Abdullayev öz növbəsində bildirib ki, bank hər zaman jurnalistlərin yanındadır və onlara dəstək verməyə hazırdır.

Ə.Abdullayev onu da deyib ki, bu günə qədər bank tərəfindən bir sıra mədəniyyət və xeyriyyəçilik layihələrinə dəstək verilib.

“Ancaq bizim də imkanlarımız o dərəcədə deyil ki, bütün layihələrə dəstək verə bilək. Bununla belə, bir bank olaraq, öz xeyyriyə tədbirlərimizi davam etdiririk. Bu məsələdə jurnalistlər daim öndə gəlirlər və hər zaman jurnalistlərlə əməkdaşlığa, onlara dəstək verməyə hazırıq”.

Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı tədbir zamanı məlumat xarakterli çıxışında deyib ki, rəhbərlik etdiyi təşkilat tərəfindən qadın hüquqları ilə bağlı müsabiqəyə start verilib və müsabiqə gələn ilin yanvar ayında yekunlaşacaq.

Qaliblər isə mart ayında mükafatlandırılacaq.

Həmcinin, təşkilat tərəfindən mart ayı ərzində 10 jurnalist Türkiyənin İzmir şəhərinə, 5 nəfər jurnalist isə Avropa ölkələrindən birinə səfərə göndəriliəcək.

Sonra tədbirin rəsmi bağlanış mərasimi olub.

Mərasimdə millət vəkili Fuad Muradov qısa nitqlə çıxış edərək bildirib ki, onlar belə bir layihəni həyata keçirməkdən məmnundurlar .

Onun dediyinə görə, jurnalistlərlə mütəmadi bir arada olmaq və onlarla bağlı bu tipli layihələri həyata keçirmək çox vacibdir.

Daha sonra tədbir İvanovka kəndinə turla yekunlaşıb və burada layihə iştirakçıları ilə bu rayondan millət vəkili olan Novruzəli Aslanovun ayaqüstü görüşü keçirilib.

Onu da qeyd edək ki, tədbirin rəsmi bağlanış mərasimində iştirakı və çıxışı gözlənilən gənclər və idman naziri Azad Rəhimovla “Dağlıq Qarabağın azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev üzrlü səbəblərdən tədbirə qatıla bilməyiblər.

Bununla belə, yaxın günlərdə layihə iştirakşılarının gənclər və idman naziri ilə görüşü keçiriləcək və orada sertifikatlar paylanılacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı