Arxiv
4 mart 2019, 10:28 | MƏDƏNİYYƏT
Zeynəb Xanlarova: “Biz 16 ildir ki, bunun şahidiyik”

Zeynəb XANLAROVA, 
Azərbaycanın və SSRİ-nin Xalq artisti, 
Milli Məclisin deputatı


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, tədbir iştirakçılarını diqqətlə, səbrlə dinləmələri, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşmaları, xahişlərin yerinə yetiriləməsi barədə verilən vədlər, tapşırıqlar mədəniyyət işçilərinə böyük ruh verdi.

Bu, həm də mədəniyyətə və incənətə göstərilən diqqət və qayğının təzahürü idi. Hər kəsə bəllidir ki, möhtərəm Prezidentimiz verdiyi hər bir vədi dərhal yerinə yetirir. Biz 16 ildir ki, bunun şahidiyik. Mədəniyyət və incəsənət xadimləri ilə görüşə 2 saatdan artıq vaxt ayrılması da təsadüfi deyildi.

Hər bir xalq, millət bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, deyərdim ki, ən böyüyü mədəniyyətdir. Dünya xalqları arasında Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olub. Bu gün də belədir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir, onları inkişaf etdirir. Azərbaycan mədəniyyəti və incəsənəti ta qədim zamanlardan indiyədək öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır. Xalqımızın incəsənət və mədəniyyət sahəsində qazandığı uğurlar Vətənini, millətini sevən hər bir kəs üçün iftixar mənbəyidir. Çünki hər bir xalqın mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyada tanıdır, mənəviyyatını zənginləşdirir. Sovet İttifaqı dövründə dünyanın, demək olar ki, əksər ölkələrini qarışqarış gəzmişəm, konsertlər vermişəm. Elə ölkə olub ki, orada Azərbaycanı tanımayıblar. Ancaq ifa etdiyim mahnılarla tanıtdırmışam, sevdirmişəm ölkəmizi. Mədəniyyətimiz, incəsənətimiz tanıtdırıb Azərbaycanımızı. Ölkələr arasında dostluq münasibətlərinin yaradılmasında və getdikcə möhkəmləndirilməsində mədəniyyət, incəsənət və elm sahəsində əlaqələrin təsiri böyükdür.

Ulu öndər Heydər Əliyev ölkəmizdə ədəbiyyata, elmə, mədəniyyətə, incəsənət xadimlərinə həmişə diqqət və qayğı göstərib. Bu qayğı möhtərəm Prezidentimiz İlham Əliyev, birinci xanım Mehriban Əliyeva tərəfindən layiqli şəkildə davam etdirilir. Bir neçə gün əvvəl bir qrup mədəniyyət və incəsənət xadimi ilə keçirilən görüşdə də bunun şahidi olduq. Fikir verdinizmi, Prezidentimizlə görüşdə kim istədi danışdı, təkliflər verildi, xahişlər olundu. Hamını sona qədər böyük səbrlə dinlədilər, heç kimin sözünü kəsmədilər. Əksinə, şərait yaradırdılar ki, öz fikirlərimizi sərbəst çatdıra bilək. Bax, böyüklük, müdriklik budur. Mədəniyyətə, incəsənətə, bu sahənin tanınmış xadimlərinə yüksək dəyər vermək budur! Cənab Prezident yekun nitqində bir daha bildirdi ki, qaldırılan məsələlərin hamısı qısa bir müddətdə öz həllini tapacaq. Görüşdən sonra da cənab Prezidentin, birinci xanım Mehriban Əliyevanın tədbir iştirakçıları ilə səmimi, mehriban söhbətləri, şəkil çəkdirmələri hər birimizdə böyük ruh yüksəkliyi yaratdı. Fəxr edirik ki, İlham Əliyev kimi qədirbilən,Vətənini, xalqını, millətini dərin məhəbbətlə sevən qayğıkeş, humanist Prezidentimiz var!


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu avropa ölkəsi avrodan imtina edir 27 May 2019, 00:57 Ukraynada fövqəladə vəziyyət 27 May 2019, 00:44 Əsəd ordusu bazarı bombaladı 27 May 2019, 00:21 Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib 27 May 2019, 00:02 Bolqarıstanda təyyarə qəzası 26 May 2019, 23:43 Əfqanıstanda 19 terrorçu məhv edildi 26 May 2019, 23:17 Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi 26 May 2019, 22:57 Məcburi köçkün məktəblərində elektron təhsil resursları təbliğ edildi 26 May 2019, 22:38 Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi 26 May 2019, 22:34 Ağır qəzada 9 polis yanaraq öldü 26 May 2019, 22:26 Təyyarəyə gecikən nazir istefa verdi 26 May 2019, 22:03 Bakı-Tbilisi-Qars dəmiryolu ilə avqustda sərnişin daşınacaq 26 May 2019, 21:47 NASA adını Marsa göndərənləri açıqladı 26 May 2019, 21:28 Sumqayıtın sabiq icra başçısı vəfat etdi 26 May 2019, 21:21 Mir Şahin gizli videoarxivi açdı - VİDEO 26 May 2019, 21:11 Yararsız estakadadan dənizə düşən balıqçı xilas edildi 26 May 2019, 21:11 Fikrət Qoca adamyeyənlərin arasında da olub... 26 May 2019, 21:02 Üç fransıza ölüm cəzası verildi 26 May 2019, 20:52 Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB 26 May 2019, 20:36 Zəlzələ 15 binanı dağıtdı: 1 ölü, 11 yaralı 26 May 2019, 20:19 Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq 26 May 2019, 20:03 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 26 May 2019, 19:24 “Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri 26 May 2019, 19:00 Gimnastlarımız Avropa çempionu oldular 26 May 2019, 18:58 Bakıda gənc qız və oğlan özlərini binadan atıblar 26 May 2019, 18:45 Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11