Modern.az

Azay Quliyev “Eurovision-2012”-nin siyasi əhəmiyyətini şərh edib

Azay Quliyev “Eurovision-2012”-nin siyasi əhəmiyyətini şərh edib

Təhsil

10 Dekabr 2011, 19:06

Bu il Azərbaycan üçün ən yadda qalan hadisələrdən biri “Eurovision-2011” Mahnı Müsabiqəsində ölkəmizin qalib gəlməsi oldu. 2012-ci ildə müsabiqəyə ev sahibliyini Azərbaycan edəcək. Bu yarışmanın ölkəmizdə keçirilməsinin siyasi, iqtisadi və mədəni cəhətləri xarakterikdir.

Modern.az-ın əməkdaşı “Eurovision-2012” Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsinin siyasi əhəmiyyətinin nədən ibarət olacağını Azərbaycanln ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyevdən soruşub.

A.Quliyev “Eurovision” Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsinin böyük siyasi əhəmiyyəti olduğunu bildirib. O, artıq bunun özünü göstərdiyini də qeyd edib.

“Öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyətin və müsiqinin kifayət qədər inkişaf etdiyi 47 Avropa ölkəsi arasından birinci olmaqla tarixə düşdü.

Bilirsiniz ki, Azərbaycanın Dağlıq Qarabağ kimi çox ağır bir problemi var və indiyə qədər ermənilər ölkəmizə qarşı müxtəlif kampaniya aparırlar. Azərbaycanı qeyri-mədəni, qaniçən, bütün sivil dəyərlərdən uzaq olan bir  millət kimi təqdim ediblər. Son dövrlər artıq bu təbliğatın nəticələri neytrallaşıb. Yəni apardıqları işin nəticəsində o yalanlar kifayət qədər ifşa olunub”.

Millət vəkilinin sözlərinə görə, “Eurovision-2011” Mahnı Müsabiqəsində qələbəmiz erməni  yalanların ifşa olunmasının kuliminasiya nöqtəsi oldu.
”Yəni bütün dünya gördü ki, ermənilər Azərbaycana qarşı nə qədər böhtan atıb və belə gözəl mədəniyyəti, tolerant düşüncəsi olan bir xalq heç vaxt zorakı, qaniçən ola bilməz, kiməsə işgəncə verə bilməz. Bu nöqteyi nəzərdən də hesab edirəm ki, Azərbaycan siyasi divident qazandı.
“Eurovision” Mahnı Müsabiqəsini ən yüksək səviyyədə keçirməklə dünyaya nə qədər böyük təşkilatçı, böyük iqtisadiyyata malik ölkə olduğumuzu, eyni zamanda minlərlə avropalını bir anda qəbul edib, yüksək səviyyədə yola salan bir toplum olduğumuzu sübut edə bilərik”.

Deputat hesab edir ki, bu istiqamətdə həm dövlət, həm də icitmaiyyət olaraq üzərimizə çox böyük yük düşür.

“Bu tək dövlətin, hökümətin deyil, bütün cəmiyyətin, bütün vətəndaşlarımızın məsələsidir. Biz öz davranışımızla, qonaqlara qarşı olan qayğıkeş münasibətimizlə, mədəniyyətimizlə sübut etməliyik ki, bu qələbəyə layiqik. Xalq olaraq bu qələbəyə layiq idik və toplum olaraq da Avropada  ən böyük müsiqi müsabiqəsi olan “Eurovision”u qəbul etməyə, keçirməyə gücümüz çatır. Bu həm də Azərbaycanın reklamı, tanıtımı baxımından da fürsətdir. Azərbaycana gəlmək istəyən, görmək istəyən və Azərbaycan haqqında əvvəlki illərdə az məlumatlı olan insanlar indi daha çox öyrənəcəklər. Biz bundan da faydalanmışıq və bundan sonra da faydalanacağıq”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır