Arxiv
4 mart 2019, 14:51 | MƏDƏNİYYƏT
Bey­nəlxalq festivallarda ən çox mükafat qazanan rejissor Tağıyevdən film çəkəcək-VİDEO  

Azərbaycanda SSP Production şirkətinin ekranlaşdırdığı “Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub.  Belə ki, film son 8 ayda 25 bey­nəlxalq festivalda uğur əldə edərək,  Azərbaycan kino sahəsində ən çox mükafat qazanan ek­ran əsəri olub. “Şollerin arxivi” Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Filmin quruluşçu rejissoru Cəlaləddin Qasımov Modern.az-a bildirib ki, ekran əsəri Prezident İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə imzaladığı sərəncama ictimai dəstək olaraq çəkilib:

““Şollerin arxivi” filmi dünya film bazarında Vimeo, Amazon ABŞ, Amazon İngiltərə, UDU Digital, Hollivud produserləri ilə əlaqə məkanı olan iPitch.tv platformalarında yerləşdirilib.

Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik.   

“Şollerin arxivi” filminə görə bir çox festivallar bizə dəvətlər göndərib, ön sırada yer veriblər, qırmızı xalça üzərindən keçənlərin siyahısına əlavə ediblər, lakin maddi çatışmazlıq üzündən gedə bilməmişik. Keçən ay İtaliya, Hollandiya və Meksika festivallarından dəvət almışdıq, özümüz gedə bilməsək də, film ən yüksək mükafata layiq görülüb”.

 

Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” bədii filmi barədə Niderlandın “31mag” jurnalının saytında iki məqalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, film Niderlandın “European Cinematography Awards” festivalında “Ən yaxşı dram” kateqoriyası üzrə uğur qazanıb.
“Şollerin arxivi” eyni zamanda, Hollivudda yerləşən “Global Nonviolent Film Festival” da ən yüksək mükafat alan film kimi “Daria! Magazine” jurnalında göstərilib, orada barəsində ətraflı məlumat verilib.

“Biz Azərbaycanı daha çox ölkədə, daha çox festivalda tanıtmaq əzmindəyik, amma konkret maddi dəstəyə ehtiyac olduğunu da gizlətmirik.

Prezident İlham Əliyev cənablarının “Azərbaycan kinematoqrafiyasının konsepsiyası” layihəsi, kinomuzun inkişafı ilə bağlı sərəncamı özəl pradakşınlara böyük dəstəkdir. Ölkəmizi, mədəniyyətimizi  beynəlxalq festivallarda təmsil edəcəyik”.
 

Cəlaləddin Qasımovun sözlərinə görə, SSP Production şirkətinin növbəti filmi Hacı Zeynalabdin Tağıyev barəsində olacaq:

“Artıq bu sənədli filmin çəkilişlərinə başlamışıq. Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuduğum illərdən topladığım arxiv sənədləri, müəllimlərimdən aldığım məlumatlar, topladığım faktlar əsasında filmin çəkilişlərinə başlamışam.

 

Əlavə olaraq bildirim ki, növbəti bədii filmimiz arxivlərdən toplanmış məlumatlar əsasında Fransanın Milli Qəhrəmanı, Armed Mişel ləqəbli Əhmədiyyə Cəbrayılov  və Fransanın prezidenti olmuş məşhur siyasi xadim Şarl De Qol haqqında çəkiləcək. Filmin ssenarisi Əhmədiyyə Cəbrayıl və Şarl De Qolun dostluğunun tarixindən bəhs edir. Çəkiliş üçün respublikamızla yanaşı, Ukrayna və Belarusda uyğun məkanlar seçilib. Bu film Fransada azərbaycanlılar və fransızlar arasında böyük dostluğa yol açacaq deyə, ümid edirik. Onu da vurğulayım ki, Əhmədiyyə Cəbrayılov barəsində bəzi yeni bilgilər aşkar etmişəm”.


S.Qasımov deyib ki, “Şollerin arxivi” filminin Avropada nümayişindən sonra dünyanın nüfuzlu festivalları ilə əlaqələr yaradıb:

“İnanıram ki, Fransanın Milli Qəhrəmanı Əh­mə­diy­yə Cəbrayılov barəsində film çəkilsə, dünya festivallarında uğur qazanacaq, daha bir qəhrəman Azər­baycan oğlu  tanınacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Siyavuş Novruzov növbədənkənar seçkidə namizəd olmayacaq? - YAP-dan AÇIQLAMA 12 Dekabr 2019, 10:07 İlham Əliyev ümummilli liderin məzarını ziyarət edib 12 Dekabr 2019, 10:05 Prezident Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım etdi 12 Dekabr 2019, 10:02 ABŞ-ın hərbi xərcləri Rusiyanın dövlət büdcəsindən 3 dəfəyədək böyükdür - RƏQƏM   12 Dekabr 2019, 09:59 Qulu Məhərrəmli Suriyaya apara bilmədiyi “Nəsimi barelyefi”ni muzeyə verdi - FOTOLAR 12 Dekabr 2019, 09:55 Bakıda yaşayış binasında yanğın: 70 nəfər təxliyə olundu 12 Dekabr 2019, 09:45 Məmurların xaricdə 6007 daşınmaz əmlakı tapıldı 12 Dekabr 2019, 09:41 Bu gecə cəbhədə vəziyyət çox gərgin olub  12 Dekabr 2019, 09:35 Bakıda bəzi yollar bağlandı - SİYAHI 12 Dekabr 2019, 09:26 176 nəfərin adı AZAL-ın “Arzuolunmaz sərnişinlər siyahısı”na düşüb 12 Dekabr 2019, 09:15 Nazir müavininin qardaşı vəfat edib 12 Dekabr 2019, 08:49 YAP-ın növbədənkənar seçkidəki nümayəndələri onlar oldu - SİYAHI 12 Dekabr 2019, 08:27 Bu gün AvroLiqada 22 oyun - “Qarabağ” son matçına çıxır - TƏQVİM 12 Dekabr 2019, 08:17 Çempionlar Liqasında qrup mərhələsi yekunlaşdı - “Qalatasaray” darmadağın oldu - NƏTİCƏLƏR 12 Dekabr 2019, 08:13 Hərbi bazaya silahlı hücumda 5 gürcü əsgər yaralandı 12 Dekabr 2019, 00:48 Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” 12 Dekabr 2019, 00:32 Bakıda 31 yaşlı kişi bıçaqlandı 12 Dekabr 2019, 00:14 Əbədiyyətə Azərbaycan yazan lider - anım günüVİDEO 12 Dekabr 2019, 00:00 PSJ - "Qalatasaray" matçından öncə qarşıdurma  - VİDEO 11 Dekabr 2019, 23:44 YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi – Uğur sirri 11 Dekabr 2019, 23:31 FED uçot dərəcəsini dəyişmədi 11 Dekabr 2019, 23:17 Azərbaycan neftinin qiyməti dəyişib 11 Dekabr 2019, 22:58 Bakı metrosunda qorxulu anlar - VİDEO 11 Dekabr 2019, 22:45 Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi 11 Dekabr 2019, 22:29 Ərdoğanla Putin Suriyadakı durumu müzakirə etdi 11 Dekabr 2019, 22:19 Hulusi Akara qarşı məhdudiyyətlər 11 Dekabr 2019, 21:53 Qatil məhkəmənin tavanından qaçmaq istədi - VİDEO 11 Dekabr 2019, 21:36 İrandan ABŞ-ın sanksiyalarına cavab 11 Dekabr 2019, 21:21 Davudoğlu partiyasının adını açıqladı 11 Dekabr 2019, 21:07 Lvov meri Azərbaycan diaspor rəhbəri ilə müzakirə apardı - FOTO 11 Dekabr 2019, 20:52 "Oyun daha çox "Qarabağ" üçün əhəmiyyətlidir" - Rəqib baş məşqçi 11 Dekabr 2019, 20:44 Azay Quliyev Oktay Gülalıyevdən yazdı - FOTO 11 Dekabr 2019, 20:30 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək 11 Dekabr 2019, 20:17 AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir 11 Dekabr 2019, 20:03 Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb 11 Dekabr 2019, 19:51