Modern.az

Tağı Əhmədov jurnalistlərlə niyə yola getmir - səbəbini özü belə izah edir (VİDEO)

Tağı Əhmədov jurnalistlərlə niyə yola getmir - səbəbini özü belə izah edir (VİDEO)

Media

10 Dekabr 2011, 23:35

Jurnalist Rəşad Süleymanovun reportyorluq fəaliyyəti zamanı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla maraqlı dialoqları olub. Modern.az ötən zamanlarda “Media əhvalatları” rubrikasında Rəşad Süleymanovun Tağı Əhmədovla maraqlı və bir az da məzəli dialoqlarından seçmələr təqdim edib. Rəşad Süleymanov özünün Facebook səhifəsində Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla bağlı növbəti qeydlərini qoyub. Onun qeydlərini təqdim edirik:

Tağı Əhmədov jurnalistlərə orjinal münasibətinin səbəbini açıqladı

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov (şair Tağı Sadiq) jurnalistlərə orjinal yanaşmasının səbəblərini açıqladı. Media kapitanları ilə görüşündə Tağı müəllim media ictimaiyyəti də daxil olmaqla böyük oxucu camiəsini indiyədək maraqlandıran bir çox sualların cavabını verdi. Hətta onun müəllifi olduğu və zərb məsələ dönmüş məşhur “iki nəfər yarım” ifadəsinin yaranmasından danışdı.

Söhbətindən məlum oldu ki, Tağı Əhmədov gəncliyində bir müddət Naxçıvanda nəşr olunan “Şərq Qapısı” qəzetinin müxbiri işləyib. Başqa sözlə desək, özü də qələm əhlidir. Deyir ki, Bakı Metropolitenindəki işindən çıxarsalar, çalışmaq üçün birbaşa qəzetə gedəcək.

Metropoliten rəisi çıxışında onunla qəzetlər arasınnda yaşanmış bir sıra problemlərdən də danışdı.

Nekroloq

”Bütün mətbuat işçilərinə indi burda açıqlama vermək olar. Bir gün gördüm şoferim mənə çox əcaib baxır. Gəldim, işdə də gördüm, lap o “Slujebnıy roman”dakı kimi baxırlar ki, bu hardan xortlayıb gəlib.
“Metro servis”in müdiri gəldi ki, “rəis, çox pis yazıblar”. Dedim “nədi, yenə nə isə demək istəyirsən?”
Dedi: “Yox ey rəis, yazıblar ki, öldü”. Sonra gətirdiyi qəzeti göstərdi. Qəzeti qaytardım ki, oxumuram. Amma insanıq də, maraqlandım. Yenə qəzeti aldım. Birinci səhifədə, yəqin satılmaq üçün, “Bakı Metropoliteninin rəisi Tağı Əhmədov öldü” yazı başlığı, ikinci səhifədə böyük bir nekroloq. Orada məndən soruşsaydılar, elə ardıcıllıqla düzə bilməzdim – harda oxumuşam, haranı qurtarmışam. Hətta gör nə qədər maraqlıymış ki, zəng edib Mahmud Kərimovdan soruşublar ki, Tağı müəllim hansı temadan müdafiə edib... Və onu da yazmışdılar ki, mərhumla vida YAP Yasamal rayon təşkilatında olacaq. Vida mərasiminə gələnlər gəlsin... Mətbuat işçilərinin hamısından küsürəm ki, heç biri vidaya gəlmədi... Maraqlanıb redaktoruna zəng elədim. “Salam”… “Salam”... Səsimi eşidən kimi dedi: “Tağı müəllim necəsən?” Dedim: “Başa düşmürəm, sənin o dünya ilə rabitə əlaqən-zad var? Mən ölmüşəm, ordan zəng edirəm, sən hardan danışırsan?”...

İkinci bir hal mənim müavinim ilə bağlıdır. Müavinim bu günlərdə gəldi yanım. Gördüm dil-dodağı əsir. Soruşdum noolub? Dedi, “yazıblar ki, Arif Rəsulovun evini yarıblar”. Belə bir şey yoxdur, aydın məsələdir. Götürüb zəng elədim Nuşirəvan müəllimə. Dedi biz internetdə heç nəyə müdaxilə edə bilmərik. Bir rəhbər olaraq Nuşirəvan müəllim dedi heç nə edə bilmərik. Zəng elədim Əli müəllimə. Əli müəllimin müdaxiləsindən sonra götürüb saytdan çıxartdılar”.

“2,5 nəfər necə olur?”

Səsləndirdiyi məşhur ifadənin tarixindən danışan T. Əhmədov davam edir:

“İşıq keçən vaxtı 22 “sostav” qalıb tuneldə. 22 “sostav!” İndi istəyirsən Metropoliten rəisi olmayım, kim oluram, olum. Mən də sizin kimi bir adam – mən nə bilim orda nə qədər adam qalıb? Jurnalist mikrofonu uzadır – “nə qədər adam qalıb orda?”, deyirəm - “sən bildiyin qədər”. “Yox, mən bilmirəm, nə qədər adam qalıb orda?”. Mən də dedim “İki nəfər yarım”. Gülməli suala gülməli cavab verərlər. O vaxt informasiya getdi ki, bəs yaralananlar çoxdur, ölənlər də var. Dövlət başçısı birbaşa əlaqə saxladı, nə vəziyyətdir orda? Dedim “22 “sostav” qalıb, “sostav”ın hər birində demək olar ki, 200 nəfərdən artıq adam olmaq şərtilə təqribi sayı çıxarmışıq”. Dedi ki, “onda mətbuat nə yazır?”. Dedim: “mətbuat bilmirəm nə yazır, amma bir nəfərin burnu da qanamayıb, nə ölən, nə yaralananlar var”. İstər mətbuat olsun, istər televiziya olsun... Həqiqət hər şeydən üstündür. Bu gün kimliyindən asılı olmayaraq həqiqəti deyirsənsə, buyur”.

Telefon mənimdir, özüm bilərəm

Tağı müəllim fövqəladə vəziyyətlərdə jurnalistlər tərəfindən zənglərə telefonunu qaldırmamağının səbəblərin də açıqlayıb:
“Hamı biri-birinə nömrəni ötürür. Zəng eləyir. Telefonu qaldırmıram. Sonra deyir “telefonu niyə götürmürsən?”. Telefon şəxsidir və mənimdir. Xidməti telefonuma zəng edirsənsə, qaldırmıramsa – günahkaram. Katibəyə zəng edirsən, qaldırmıramsa – günahkaram. Ancaq, bu mobil telefon şəxsidir. Mən bunu götürə də bilərəm, götürməyə də. Bu mənim şəxsi işimdir. Mənim bu gün həddindən artıq çox işim var. Həddindən artıq. Özü də inanın, səmimi qəlbdən deyirəm. Bu bir qəzet döyül… Bir metronu elə-belə gəzin. Metro elə Fazil Salayev demişkən “gəldi belə, getdi belə” deyil. Metronun 100 dənə dərdi var. Amma imkan vermirlər ki, çalışasan...

Bu yaxında metro 20 qəpik olub. Zəng zəngin dalınca gəlir. Qardaş, mən hər ay məlumat verirəm ki, bir nəfər sərnişin neçəyə gedir. Tarif Şurası istədiyi vaxt qiyməti qaldıra bilər. Mən icraçıyam. Onu icra eləməliyəm, bu mənim 1 nömrəli borcumdur. Amma bir də görürsən ki, hücum çəkildi, “Tağı xahiş edib qiyməti qaldırıb”. Bu gün dünyada ən ucuz metro Bakı metrosudur”.

 



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var