Modern.az

Baku Fires-dan növbəti möhtəşəm qələbə!

Baku Fires-dan növbəti möhtəşəm qələbə!

10 Dekabr 2011, 23:55


“Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turun matçında Azərbaycanın Baku Fires və Almaniyanın Leipzig Leopards komandaları qarşılaşıblar. “B” qrupun liderlərin matçında Baku Fires klubu möhtəşəm qələbə qazandı – 5:0.

Döyüşlərin nəticələri:

Baku Fires – Leipzig Leopards

54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Edqar Valt (Almaniya) – 50:45, 49:46, 49:46.

61 kq. Semyon Qrivaçyov (Azərbaycan) – Eugen Burxard (Almaniya) - 50:45, 48:47, 49:46

73 kq. Nikolay Veselov (Belarus) – Denis Radovan (Almaniya) – 49:46, 50:45, 50:45

85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Kennet İqan (İrlandiya) – 50:45, 50:45, 50:45

+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Kornelius Şıxan (İrlandiya) – 49:46, 48:47, 49:46

Bu həftə “B” qrupunda cəmi bir matç keçirilib. Mexico City Guerreros doğma rinqdə Istanbul Bosphorus-u 4:1 hesabı ilə məğlub edib. Paris United - Beijing Dragons görüşü Parisdəki arenanın matça hazır olmadığına görə təxirə salınıb və yanvarın 31-də keçiriləcək.

Turnir cədvəli:

  1. Baku Fires – 12 xal, döyüşlərin fərqi - 16-4 (4 matç)
  2. Leipzig Leopards – 9, 13-7 (4)
  3. Mexico City Guerreros – 7, 11-8 (4)
  4. Paris United – 4, 5-9 (3)
  5. Beijing Dragons – 3, 3-12 (3)
  6. Istanbul Bosphorus – 2, 6-14 (4)
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir