Modern.az

“Cənubi Qafqazda ən böyük rus icması  bizim ölkəmizdədir” - Əli Hüseynli

“Cənubi Qafqazda ən böyük rus icması  bizim ölkəmizdədir” - Əli Hüseynli

4 Mart 2019, 22:03

Milli Məclisin deputatları və rəhbərliyi Azərbaycan-Rusiya münasibətlərinə xüsusi diqqət yetirirlər. Modern.az xəbər verir ki, bu fikri “Rossiya onlayn” internet-nəşrinə müsahibəsində Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildiribib.

Ə.Hüseynli öz müsahibəsində Azərbaycan və Rusiya, həmçinin dövlətlərimizin başçıları arasında əldə olunmuş razılaşmaların dəstəklənməsi və möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Milli Məclisin deputatı deyib: “Bu məsələnin bizim xalqlarımız, siyasətçilərimiz, müxtəlif səviyyəli ekspertlərimiz tərəfindən dərindən dərk edilməsi və ona səmimi münasibət göstərilməzi vacibdir. Biz məhz bu istiqamətdə fəaliyyət göstəririk. Bütün bu illər ərzində öz çıxışları, Azərbaycana səfərləri, bizim tədbirlərdə iştirakı ilə bu dostluq münasibətlərini dəstəkləyən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevə və rusiyalı parlamentari həmkarlarımın hamısına təşəkkür edirəm”.

Deputat qeyd edib ki, Milli Məclisdə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin iki ölkənin qanunverici orqanları arasında yüksək səviyyəli parlamentlərarası komissiya yaradılması təklifini yüksək qiymətləndirirlər. “Bilirik ki, Dövlət Duması bu cür sazişləri yalnız çox yaxın dost saydığı dövlətlərlə, Rusiya ilə əməkdaşlığı dərinləşdirmək və genişləndirmək istəyən ölkələrlə bağlayır. Parlamentlərarası komissiyanın qarşısında çoxlu vəzifələr olacaq. Məsələn, bu komissiya Azərbaycan və Rusiya parlamentariləri arasında birbaşa əlaqələrin qurulmasına şərait yaradacaq. Artıq parlamentlərimizin dostluq qrupları və profil komitələri, həmçinin bizim spikerlər arasında çox sıx işgüzar əlaqələr mövcuddur, lakin hansı fraksiya və komitəyə mənsub olmasından asılı olmayaraq, ölkələrimizin parlamentariləri arasında da birbaşa əlaqələrin olması vacibdir. Yüksək səviyyəli parlament komissiyasının yaradılmasında məqsəd məhz bu işin tənzimlənməsi və planlaşdırılmasıdır”, - deyə Ə.Hüseynli vurğulayıb.

Deputatın sözlərinə görə, tərəflər Dövlət Duması və Milli Məclisin spikerlərinin görüşünə təqdim olunacaq sənədlərin paketi üzərində iş aparırlar. O əlavə edib: “Bu görüş təkcə Sazişin sadəcə formal imzalanması deyil, həm də bizim parlamentlərimiz arasında münasibətlərin yeni vektorunun əsasını qoyacaq tamamilə işgüzar görüş olacaq. Bu, həmçinin ölkələrimiz arasında dost və yaxın münasibətlərin daha da möhkəmlənməsinə qapı açacaq”.

Ə.Hüseynli, həmçinin Rusiyadakı Azərbaycan və Azərbaycandakı rus icmalarının xalqlarımız arasında mədəni dialoqda xüsusi rolunu qeyd edib. “Fəxr edirik ki, Cənubi Qafqazda ən böyük rus icması məhz bizim ölkəmizdədir. Azərbaycanda rus dilinin qorunub saxlanılması barədə də xatırlatmaq yerinə düşər, axı məhz rus dili ölkələrimizi bir-birinə bağlayan halqa və birləşdirici mədəni ünsürdür”, - deyə parlamentari qeyd edib.

Azərbaycanla Rusiya arasında turizm sektorunda əməkdaşlıqdan bəhs edən deputat qeyd edib ki, ölkəmizdə, habelə rusiyalı parlamentarilərlə görüşlərdə bu məsələyə böyük diqqət yetirilir: “Artıq son illər bir çox rusiyalı Azərbaycana səyahət edib, lakin bizim kurortlarımız daha çox turist axını qəbul etməyə hazırdır. Hazırda Azərbaycana turistlərin əksəriyyəti Moskvadan gəlir, lakin biz Rusiyanın regionlarındakı turizm xidmətləri bazarında Azərbaycan kurortlarına turist cəlb olunmasında da çox maraqlıyıq. Azərbaycan rusiyalıların həm yay, həm də qış istirahəti üçün təhlükəsizlik və qonaqpərvərlik, “dil baryeri” olmaması baxımından üstünlükləri olan çox gözəl variantdır”, - deyə Ə.Hüseynli sözlərinə yekun vurub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?