Arxiv
4 mart 2019, 23:46 | DİASPOR
Nyu Yorkda yaşayan azərbaycanlı akademik

və ya siz də onu tanıyın

Akademik elmi dərəcəsi hər alimə nəsib olmur. Bu adı Rusiya kimi nəhəng dövlətdən almaq isə böyük bir nailiyyətdir. Onun haqqında ölkəmizdə az adamın məlumatı var. Heç sosial mediada da ətraflı nəsə yerləşdirilməyib. Amma fəxr ediləsi soydaşlarımızdan biri də odur...

Söhbət akademik Əli Həsən oğlu Nəsibovdan gedir. O, 1942-ci ildə Borçalının Baş keçid (Dumanisi) rayonunda anadan olub. 1960-cı ildə orta təhsilini rus dilində başa vuraraq, Bakıya gəlib. 1960-1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunun mexanika-metalurgiya fakültəsində oxuyub, mühəndis ixtisasına yiyələnib. Sonra bir il hərbi xidmət keçib. 1967-1969-cu illərdə bitirdiyi institutun metalların texnologiyası və metalşünaslıq kafedrasında asissent işləyib. 1969-cu ilin sonunda Moskvada İ.P. Bardin adına Qara metalurgiya üzrə mərkəzi elmi tədqiqat institunun aspiranturasına qəbul olunub. 1970-1973-cü illərdə orada oxuyub. 1973-1989-cu illərdə həmin institutun, lobaratoriyalarının birində qrup rəhbəri, 1989-1999-cu illərdə isə Rusiya Federasiyası Elm və Texnologiyalar Nazirliyində baş mütəxəsis vəzifələrində çalışıb. Eyni zamanda, Moskva Axşam Metalurgiya İnstitutunun professoru olub. 1974-cü ildə texnika elmləri namizədi, 1992-ci ildə texnika elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 1995-ci ildə Rusiya Federasiyası Təbii Elmlər Akademiyasının müxbir üzvü seçilib, 1996-cı ildən isə həqiqi üzvüdür. 

Akademik Əli Nəsibov 1998-ci ildə Rusiya Fedarasiyasının Nazirlər Sovetinin mükafatı ilə təltif edilib.

1999-cu ildə ABŞ hökumətinin xüsusi dəvəti ilə Nyu Yorka gəlib. Bir müddət Nyu Yorkda texniki kollecdə işləyib, sonra şirkətlərin birində çalışıb. 2009-cu ildə səhəti ilə əlaqədar təqaüdə çıxıb…

Deyir ki,- "Amerikaya gəlmək istəyənlər ilk növbədə ingilis dilini yaxşı öyrənsinlər. Çalışsınlar ki, buraya gələndən sonra heç olmasa kolleclərdən birini bitirsinlər ki, gələcək həyatlarında yiyələndikləri ixtisasa uyğun iş tapa bilsinlər. Necə deyərlər, dikbaş yox, diribaş olsunlar. Xalqımızın yüksək mədəniyyətə qadir olduğunu burada nümayiş etdirməyi bacarsınlar"…

Azərbaycan üçün çox darıxır. Evində iki televizor var, hər biri Azərbaycanın 12 telekanalını tutur. Demək olar ki, ancaq həmin telekanallardan yayımlanan verilişləri izləyir. İctimai işlərdə də fəal olub. 2004-cü ildə təsis olunan "Azərbaycan Nyu York Asossasiyası"nı bir müddət idarə də edib. Azərbaycanla bağlı xeyli tədbirlər məhz onun rəhbərliyi altında keçirilib…

...Ömür-gün yoldaşı Mahirə Nəsibova Moskvada Tibb inistitunu bitirib, ixtisasca həkimdir. Hazırda Nyu Yorkdakı orta məktəblərin birində çalışır. Üç övladı var, iki oğlan bir qız…

Beləcə, vətənimizi canından əziz bilən, xalqına həmişə başucalığı gətirən, uzaq Amerikada Azərbaycanla nəfəs alan bir soydaşımızı da sizə təqdim etdim. 

Bəli, bu ağsaqqal akademikə möhkəm can sağlığı, firəvan həyat arzulayırıq…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan
[email protected]

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55