Modern.az

Qənirə Paşayeva qalib oldu

Qənirə Paşayeva qalib oldu

12 Dekabr 2011, 10:34

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğunu yekunlaşdırıb. Sorğu müddətində hər həftə 15 deputatın adını təqdim edib oxucularımızı onların bir illik fəaliyyyətinə qiymət verməyə dəvət edirdik.

Soyadı əlifba sırası üzrə təqdim olunan sonuncu 20 deputatla bağlı “Hansı deputatın işi sizi qane edir?” sorğusu da yekunlaşıb. Oxucular bu dəfə də sorğuda çox aktiv iştirak ediblər. Xüsusilə Qənirə Paşayeva, Əhməd Vəliyev, Hadı Rəcəblinin tərəfdarları səsvermədə daha fəal olublar və əsas mübarizə də onlar arasında gedib.

Budəfəki sorğumuzun yekununda 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva daha çox səs toplayaraq birinci yeri tutub.

Bu həftə sorğumuzda 1500-dək respondent iştirak edib. Onların 37,14 faizi Qənirə Paşayevanı dəstəkləyib.

Sorğumuz nəticəsində ikinci yerə 12.05 faiz səslə 107 saylı Qazax seçki dairəsindən deputat Əhməd Vəliyev. O, ümumi səsverənlərin 12.5 fazinin səsini qazanıb.

Üçünçü yeri isə 74 saylı Lənkəran kənd seçkidairəsinin deputatı Hadı Rəcəbli tutub. H.Rəcəbli respondentlərin 11,93 faiz səsini əldə edib

Nəticələr:

Qənirə Paşayeva -  37,14
Cavanşir Paşazadə -  1,37%
Hadi Rəcəbli – 11,93
Arif Rəhimzadə - 0.99%
Sabir Rüstəmxanlı – 5,846%
Rövşən Rzayev – 4,22%
Tahir Rzayev – 0,62%
Bəxtiyar Sadıqov – 1,49%
Qalib Salahzadə - 3,35%
Hacı Salayev – 0,37 0%
Səməd Seyidov – 1,61%
Ziyad Səmədzadə - 1.49%
Elxan Süleymanov – 1,12%
Tahir Süleymanov -  4,1%
Astan Şahverdiyev – 4,22%
Vasif Talıbov – 4,1%
Ağalar Vəliyev – 0,62%
Əhməd Vəliyev – 12,05%
Sədaqət Vəliyeva – 1,49%
Mixail Zabelin – 1.86% 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır