Modern.az

Deputat İvanovkada qəbul keçirib (FOTOLAR)

Deputat İvanovkada qəbul keçirib (FOTOLAR)

12 Dekabr 2011, 11:35

Deputat Novruz Aslanov hər həftə İsmayıllı rayon seçiciləri ilə görüşlər keçirir. Deputatın qərargahından bildirilib ki, xüsusilə kəndlərdə keçirilən görüşlər sakinlərin problemləri ilə yerindəcə tanış olmağı şərait yaradır. Növbəti belə görüş dekabrın 10-da İvanovka kəndində təşkil olunub.
“Kənd sakinlərinin demək olar ki, əksəriyyəti belə səyyar görüşlərdə iştirak edir və müxtəlif mövzularda məsələlər qaldırırlar. Bəzi məsələlər yerindəcə həll edilir, digərləri barədə müvafiq strukturlara müraciətlər edilir”-deyə qərargahdan bildirilib. 

İvanovkada qaldırılan məsələlərin əksəriyyəti kəndin içməli su, qaz xətləri və sosial məsələlərdən ibarət olub. Deputat bu məsələlərin həlli istiqamətində kolxoz sədrinə və yerli strukturların rəhbərlərinə tövsiyələr verib.

Qəbuldan sonra N.Aslanov İsmayıllı rayonunda təşkil olunmuş «Jurnalistlərin qış məktəbi» layihəsinin iştirakçıları olan jurnalistlərlə görüşüb və layihənin gedişi barədə məlumatlar alıb. Hər bir jurnalistə layihədə iştirakına görə təşəkkür edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.





Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır