Modern.az

Bu gün hava yağmursuz olacaq...

Bu gün hava yağmursuz olacaq...

12 Dekabr 2011, 14:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən  məlumata görə dekabrın 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir.

 Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 6-11dərəcə isti olacağı gözlənilir. Günün ikinci yarısında havanın tədricən tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5 dərəcə isti, günün birinci yarısında 7-9 dərəcə, günün ikinci yarısında isə 4 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə  hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz əsasən dekabrın 13-dən 15-dək Abşeron yarımadasında nisbətən yüksək atmosfer təzyiqi fonunda meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli hesab olunur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi