Modern.az

Deputat müsəlman miqrant qadınların hüquqlarının pozulmaslına qarşı çıxıb

Deputat müsəlman miqrant qadınların hüquqlarının pozulmaslına qarşı çıxıb

12 Dekabr 2011, 12:19

Millət vəkili  Sahibə Qafarova  dekabrın 6-9-u tarixində  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qadınlar və Kişilər üçün bərabər imkanlar Komitəsinin növbəti  iclasında iştirak etmək üçün  Fransanın paytaxtı Paris şəhərində səfərdə olub.

İclasda qadın haqlarının pozulmasına qarşı mübarizə, müsəlman qadınlara bərabər imkanlar verilməsi, siyasi partiyalarda gender bərabərliyinin tətbiqi və sair məsələlər  müzakirə olunub.

Bu barədə məlumat verən millət vəkili  S.Qafarovanın sözlərinə görə, iclasın müzakirəsinə çıxarılan, lakin hələlik hazırlıq mərhələsində olan “Avropada müsəlman qadınlar” adlı məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və bir komitə üzvü olaraq  o da öz mövqeyini  tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Millət vəkilinin  bildirdiyinə görə, müzakirələr zamanı o,  Şərqdə ilk demokratik respublika olan  Cümhuriyyət dövründə - 1918-ci ildə   Azərbaycanda qadınlara seçkilərdə iştirak etmək  hüququnun verildiyini və 1991- ci ildə ikinci dəfə azadlığına qovusan müstəqil  Azərbaycan Respublikasının da qadın hüquqlarına geniş yer ayırdığını vurğulayıb.

Millət vəkilinin iclasda siyasi partiyalarda gender bərabərliyinin tətbiqi məsələsi ilə bağlı  müzakirələr zamanı təmsilçisi  olduğu hakim Yeni Azərbaycan Partiyasının (YAP)  nümunəsinə istinad edib və bildirib ki, bu gün yarım milyondan artıq üzvü olan adıcəkilən siyasi təşkilatın üzlərinin təxminən yarısını məhz qadınlar təşkil edir.

Müzakirələrin gedişində qadın hüquqlarının pozulmasına qarşı mübarizə, ailə-məişət zorakılığına qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyəti  məsələsinə  toxunulub və bu məsələ ilə də əlaqədar deputat Azərbaycanın mövqeyini ifadə edib: “Qeyd etdim ki, bir neçə il öncə bu məsələ ilə bağlı Azərbaycanda  müvafiq hüquqi baza yaradılıb, yəni, “Ailə-məişət zorakılığının qarşısının alınmsası haqqında” nüfuzlu Avropa ekspertlərinin özlərinin belə  müsbət rəy verdiyi qanun qəbul edilib və bu gün də həmin qanunun icrası istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Bu qanunun qəbulundan hələ bir neçə il öncə Azərbaycanda Ailə,Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsi yaradılb ki, bu komitənin fəaliyyətinin də uğurlu nəticələri göz önündədir. Azərbaycan hətta, bir sıra qabaqcıl Avropa  ölkələrindən belə bu məsələdə, yəni, ailə-məişət zorakılığına qarşı mübarizə sahəsində xeyli öndədir”.

S.Qafarova həmcinin, müzakirələr zamanı Avropada müsəlman, xüsusilə, miqrant müsəlman qadınlar məsələsinə  toxunulduğunu və bir komitə üzvü kimi özünün  daim müsəlman, o cümlədən, miqrant müsəlman qadınların hüquqlarının pozulmasına qarşı olduğunu , onların da bu yöndəki hüquqlarının təmin olunmasının zərurətə  çevrildiyini vurğuladığını qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?