Modern.az

Bahar Muradova: “İstəyirəm ki, Moskvada nəzərdə tutulan görüşdə erməni icmasının üzvləri də iştirak etsinlər”

Bahar Muradova: “İstəyirəm ki, Moskvada nəzərdə tutulan görüşdə erməni icmasının üzvləri də iştirak etsinlər”

Parlament

12 Dekabr 2011, 12:28

«Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının Moskvada planlaşdırılan görüşünə münasibətim müsbətdir”. Bunu jurnalistlərə Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

O, Azərbaycan tərəfi olaraq icmaların görüşməsi ilə bağlı təşəbbüs irəli sürdüklərini söyləyib.

Vitse-spiker vurğulayıb ki, Dağlıq Qarabağ ərazisində yaşayan və gələcəkdə bir yerdə yaşayacaq insanlar bir-birləri ilə görüşməli və arada olan etimadsızlığı və inamsızlığı aradan qaldırmalıdırlar.

B.Muradova deyib ki, gələcəkdə bir yerdə yaşayacaq insanlar öz fikirlərini bölüşəcəklər: “Mən çox istəyirəm ki, heç olmasa, Moskvada nəzərdə tutulan görüşdə erməni icmasının üzvləri də iştirak etsinlər. Əlbəttə, bu, aparılan danışıqlar prosesinə töhfəsini verəcək”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı