Arxiv
5 mart 2019, 20:19 | PARLAMENT
“Müəllimlərinin güzəştli ipotekadan yararlanması üçün mexanizmlərə ehtiyac var” - Qənirə Paşayeva

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı Gürcüstanda yaşayan bir sıra soydaşlarımızın pozulan haqlarından danışıb. Modern.az xəbər verir ki, millət vəkili Ombudsman E.Süleymanovanı Gürcüstanın Ombudsmanı ilə  danışaraq bu məsələni xüsusi diqqətdə saxlamağı xahiş edib.

Millət vəkili Q.Paşayeva həmkarı Fərəc Quliyevin bu istiqamətdə səsləndirdiyi təklifləri də dəstəklədiyini deyib.

Millət vəkili Q.Paşayeva Rusiyada fəaliyyət göstərən jurnalist, fəal Fuad Abbasova ermənilər tərəfindən edilən təzyiqlərdən və təqiblərdən danışıb və bunun çox ciddi narahatlıq doğuran bir məsələ olduğunu vurğulayıb. Fuad Abbasovun, eyni zamanda Rusiyanın rəsmi informasiya agentliyi olan “Sputnik”in Azərbaycan bürosunun sabiq baş redaktoru Mətin Yaşaroğlunun da məsələsini xüsusi diqqətdə saxlamaq üçün Ombudsman E.Süleymanovaya müraciət etdiyi  bildirilib.

Q.Paşayeva bu istiqamətdə deputat həmkarlarının qaldırdıqları məsələləri də dəstəkləyərək Ombudsman E.Süleymanovadan Rusiyanın Ombudsmanı ilə də bu məsələni danışmağı və bu məsələni xüsusi diqqətdə saxlamağı xahiş edib.

O bildirib ki, Rusiya daxil olmaqla, xarici ölkələrdə azərbaycanlı fəallara qarşı ermənilərin artan təzyiq və təqibləri ciddi narahatlıq doğurmaqla yanaşı, soydaşlarımızın müdafiəsi istiqamətində işlər genişləndirilməli və sürətləndirilməlidir.

Qənirə Paşayeva Ombudsmanın da öz məruzəsində toxunduğu pensiya yaşına az qalmış bəzi işçilərin ixtisara salınaraq işdən çıxarılmasının qanunvericiliklə qadağan edilməsi təklifini dəstəklədiyini deyib.

Millət vəkili bildirib ki, bizə də edilən bir sıra müraciətlərdə pensiya yaşına çıxmağa təxminən 5-7 il qalmış insanlarımız  ixtisara salınaraq işdən azad olunduqlarını və bu yaşdan sonra işdə tapmaqda çətinliklə üzləşdiklərini bildirirlər: “Ona görə də hesab edirəm ki, pensiya yaşına 5-7 il qalmış şəxslərin ixtisara salınaraq işdən çıxarılması çox ciddi məsələ olduğu üçün qanunvericiliklə qadağan edilməlidir. Bu istiqamətdə Ombudsmanın məruzədə qanunvericiliyə əlavələrin edilməsi təklifini tam dəstəkləyirəm və hesab edirəm ki, pensiya yaşına az qalmış insanların işdən ixtisar edilməsinin  qarşısı alınmalıdır”.

Qənirə Paşayeva eyni zamanda yaşından asılı olmayaraq bütün müəllimlərin güzəştli ipotekadan yararlanan kateqoriyaya daxil edilməsinin Ombusdmanın da məruzəsində öz əksini tapdığımı xüsusi vurğulayaraq bu məsələni dəfələrlə parlamentdə qaldırdığını deyib və bu məsələnin tezliklə reallaşmasının vacibliyini qeyd edib: “Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan  istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimlərinin çoxu ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri  ipoteka üçün müraciət edəndə onların yaşı və ya əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin güzəştli ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və cənab Prezidentin insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqları, imzaladığı sənədləri böyük təqdirlə qarşılayan  müəllimlərimiz bu məsələnin də yaxın zamanlarda reallaşacağına ümid edirlər və inanırlar. Ombudsmanın da illik məruzəsində xüsusi vurğuladığı bu məsələnin həlli istiqamətində müvafiq qurumları qısa zamanda addımlar atmağa çağırırıq.”

Millət vəkili Ombudsmanın da öz məruzəsində əlillərlə bağlı qaldırdığı məsələlərə və proseslərə toxunaraq bildirib ki, əhalinin 5 faizindən çoxunu fiziki imkanları məhdud insanlar təşkil edir və sosial infrastruktur obyektlərin əlillərin real tələblərinə və ehtiyaclarına uyğunlaşdırılması ilə bağlı Ombudsmanın səsləndirdiyi çağırışları daim diqqətdə saxlamalıyıq.

Millət vəkili Q.Paşayeva eyni zamanda autizm və daun sindromlu uşaqların təhsil alma hüquqları ilə bağlı Ombudsmanın məruzəsində qeyd etdiyi təklifləri dəstəklədiyini deyib.

Parlamentari bildirib ki, autizm və daun sindromu uşaqlar evdə təhsil almaq hüququna malik xəstələrin siyahısına mütləq daxil edilməlidir və autizm və daun sindromlu uşaqların evdə təhsil hüququnun təmin edilməsi çox ciddi məsələ olduğu üçün buna xüsusi diqqət yetirilməlidir.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38 Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ 23 May 2019, 16:37 Zelenski Rusiya ilə birbaşa danışıqlardan imtina etdi 23 May 2019, 16:22 Zurabişvili Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası prosesinin bərpasını alqışlayır 23 May 2019, 16:21 Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR 23 May 2019, 16:13 Ukraynalı turist qadın Bakıda gözəllik salonunda yandı 23 May 2019, 16:12 Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər   23 May 2019, 15:41