Modern.az

QHT Şurasının 4 illik fəaliyyəti - müzakirələr davam edir

QHT Şurasının 4 illik fəaliyyəti - müzakirələr davam edir

Təhsil

12 Dekabr 2011, 12:28

Ölkə regionlarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş məlumatlandırma sessiyaları davam edir. Növbəti tədbirlər Şirvam, Lənkəran və İmişli şəhərlərində olub. Respublikanın 14 şəhər və rayon mərkəzində keçirilməsi nəzərdə tutulan tədbirlərdə Şura tərəfindən QHT-lərə verilən dövlət dəstəyinin əsas istiqamətləri və prinsipləri, bu istiqamətlər üzrə görülən işlər, maliyyələşdirilən layihələr, onların nəticələri, həyata keçirilmiş təlimlər və digər tədbirlər barədə ətraflı məlumat verilir. Sessiyalarda, həmçinin, Şuranın nəşri olan kitablar, jurnallar, buklet və broşurlar tədbir iştirakçılarına paylanır.

Tədbirlərdə qeyd edilir ki, ötən 4 il ərzində Şura 1125 QHT layihəsinə 7,4 milyon manatdan artıq vəsait ayırıb. İctimai həyatın bütün sahələrini əhatə edən bu layihələr vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində müstəsna əhəmiyyət kəsb edib. On illərlə xarici donorlardan maliyyə yardımı ala bilməyən ölkə QHT-ləri Şura vasitəsilə öz layihələrini kütləvi şəkildə reallaşdırmağa başlayıb. Şuranın milli donor fəaliyyəti QHT sektorunda böyük canlanma yaradıb, uzun illər fəaliyyətsiz qalan QHT-lər dirçəlib, paytaxtda və regionlarda yeni QHT-lərin yaranması sürətlənib.

Region QHT-lərinin Şuranın elan etdiyi müsabiqələrdə iştirakını asanlaşdırmaq, onların təcrübəli QHT-lərlə rəqabət imkanlarını artırmaq üçün hər il bu QHT-lərin maliyyələşdirilməsi üçün Şura tərəfindən ayrıca fond müəyyənləşdirilib. Belə ki, ötən 4 il ərzində 126 region təşkilatına 0,9 milyon manata yaxın vəsait ayrılıb. Regionlarda vətəndaş cəmiyyətinin gücləndirilməsi Şuranın dəstəklədiyi prioritet istiqamətlər sırasına daxil edilib. Gələn ilin ilk maliyyə yardımı müsabiqəsində region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Şura tərəfindən 240 min manat vəsaitin ayrılması nəzərdə tutulur.            

Noyabrın 29-dan başlamış məlumatlandırma sessiyaları Gəncə, Bərdə, Qazax, Şəmkir və Mingəçevir şəhərlərində keçirilmişdir. Analoji tədbirlərin Quba, Xaçmaz, Qəbələ, Şəki və digər rayonlarda da keçirilməsi planlaşdırılır.  



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi