Modern.az

Eldar İbrahimov: “Heydər Əliyev ideyaları əbədidir” (MÜSAHİBƏ)

Eldar İbrahimov: “Heydər Əliyev ideyaları əbədidir” (MÜSAHİBƏ)

Təhsil

12 Dekabr 2011, 12:58

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının rəsmi saytına (yap.orq.az) müsahibə verib.

Eldar müəllim, bu gün Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. İstərdik ki, Ulu öndərimizin Azərbaycan tarixində rolu, ölkəmizin inkişaf və tərəqqisi istiqamətindəki xidmətləri haqqında fikirlərinizi bildirəsiniz...

- Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Yəni, Ümummilli liderimiz düzgün seçimin yolunu göstərdi ki, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimiz vacibdir. Heydər Əliyevin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib. Yaxın tariximizə nəzər salsaq, bu tarixə münasibətin özünü də aydın şəkildə dərk edirik. 
Azərbaycanın son on illiklər ərzində qazandığı uğurlar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bir başa bağlıdır. 1969-cu ildə Onun Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzun müddətli inkişafının əsasını qoyması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək. 
 

- 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdıraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Bu mənada Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin bu mərhələsini necə xarakterizə edərdiniz? 

- Bildiyiniz kimi müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tariximizdə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar Ümummilli liderə müraciətlər edirdilər, ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Amma həmin dövrdə Naxçıvan blokadada idi və məhz Ulu öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu. Eyni zamanda, AXC hakimiyyətinin Heydər Əliyevi hakimiyyətdən qanunsuz yollarla devirmək cəhdlərinin də qarşısını sadə insanlar qətiyyətlə aldı və bu zaman hamı Ulu öndərə olan xalq sevgisinin bir daha şahidi oldu. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün – 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və mənim üçün bundan əziz bayram yoxdur. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. 
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi. 

- Eldar müəllim, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının müasir Azərbaycan dövlətinin bu günü və gələcəyi üçün əhəmiyyəti nədən ibarətdir? 

- Bu il Azərbaycan müstəqilliyinin 20 illiyini yaşayır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Məhz ölkəmizin inkişaf strategiyası Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu gün hörmətli Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları yox, bu faktı bütün dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söykənərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Ölkəmizdə gedən inkişaf həm geniş spektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni, inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir. Bu yaxınlarda Milli Məclisdə 2012-ci ilin dövlət büdcəsi qəbul olundu. Büdcəmizin 20 milyard dollar həcmində olması ölkəmizin iqtisadi gücünün göstəricisidir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Eyni zamanda, Azərbaycanın beynəlxalq müstəvidə də nüfuzu artır, mövqeləri güclənir. Məhz bunun nəticəsidir ki, Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Hesab edirəm ki, uğurlarımız davamlı olacaq. Biz Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanın möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəyinə əminik.

- Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi bilavasitə dövlətimizin gələcəyi üçün önəmlidir. Bu baxımdan, bu irsin ölkəmizin perspektivində, milli dəyərlərimizin qorunmasında və inkişaf etdirilməsində rolunu necə dəyərləndirərdiniz? 

- Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyası zəngin məzmuna və böyük təsir gücünə malik olması ilə xüsusi əhəmiyyət kəsb edir. Tam qətiyyətlə demək olar ki, Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər tarixin ən intensiv mərhələsi kimi yadda qalıb. Bu mənada həmin dövrü tariximizin sürətli və hərtərəfli yüksəliş zirvəsi adlandırmaq, bəlkə də daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz bu zaman kəsiyində Heydər Əliyev fenomeni Azərbaycanın malik olduğu bütün intellektual və insani potensialı, təbii resursları, bir sözlə, milli gücü özündə cəmləyib, ölkənin sürətli tərəqqisinin qüdrətli amilinə çevirib. Azərbaycanın inkişaf konsepsiyasının Heydər Əliyev irsi ilə bağlılığını əhatəli şəkildə qavramağın ən etibarlı üsulu Onun xalq qarşısındakı xidmətlərinə nəzər salmaqdır. Lakin Heydər Əliyevin xalqa xidməti anlayışı kifayət qədər tutumlu olduğundan onun dərindən tədqiqinə ehtiyac var. Həyatımızın elə bir sahəsi yoxdur ki, Ulu öndərimizin rəhbərliyi illərində inkişafa nail olunmasın. Həm də bu inkişaf sadəcə olaraq prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq əhəmiyyətli keyfiyyət dəyişilikləri ilə müşaiyət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü biruzə verir. Bu baxımdan, hər birimizin bu zəngin irsi öyrənmək vəzifə borcumuz olmaqla yanaşı, onu gənc nəsillərə də aşılamaq olduqca vacibdir. Hesab edirəm ki, bu istiqamətdə sistemli iş aparlır. 
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin xatirəsi xalqımız üçün həmişə əzizdir və Heydər Əliyev ideyaları əbədidir.

yap.orq.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü