Modern.az

Deputatın Facebook səhifəsi növbəti dəfə dağıdılıb

Deputatın Facebook səhifəsi növbəti dəfə dağıdılıb

12 Dekabr 2011, 14:08

Millət vəkili Qənirə Paşayevanın Facebook sosial şəbəkədə rəsmi səhifəsi növbəti dəfə dağıdılıb. Bu barədə Modern.az-a onun özü məlumat verib. Deputat bildirib ki, bu gün səhər saat 7.26-da onun Facebook akauntuna kənar müdaxilə olub, akauntun parolu dəyişdirilib (bu haqda elektron poçta məktub gəlib), sonra isə elektron poçt ünvanı dəyişdirilib (onu [email protected] ilə əvəz ediblər). Bundan sonra isə millət vəkilinin Facebook-dakı rəsmi səhifəsi tamamilə dağıdılıb.

Qeyd edək ki, bu, Q.Paşayevanın səhifəsi üçüncü dəfədir hakerlər tərəfindən hücuma məruz qalır.
“Artıq bununla bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilib və məsələ araşdırılır”-deyə deputat bildirib.

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi