Modern.az

Separatçılar Azərbaycanı Rusiyaya şikayət etdilər

Separatçılar Azərbaycanı Rusiyaya şikayət etdilər

Qarabağ

6 Mart 2019, 17:27

Rusiyanın paytaxtı Moskva şəhərində “Lazarev klubunun 2-ci iclası keçirilib.

 

Modern.az xəbər verir ki, Rusiya ilə Ermənistan arasında yaxınlaşmaya xidmət edən klubun tədbirinə qondarma “Qarabağ rejiminin iqtisadiyyat naziri” Levon Qriqoryan da qatılıb.

 

Separatçı “nazir” Qarabağda iqtisadi durumun ağır olmasından şikayətlənib.

“Beynəlxalq institutlardan və resurslardan kənarda qalmağımız iqtisadiyyatımıza çox ciddi təsir edir. Azərbaycan beynəlxalq təşkilatlarda bizim iqtisadi, siyasi və diplomatik təşəbbüslərimizin qarşısını tam alır”-deyə Qriqoryan şikayətlənib.

 

O həmçinin, separatçı qurumun əməkdaşlıq etdiyi ölkələr arasında Ermənistandan sonra Rusiyanın gəldiyini də əlavə edib.  

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır