Modern.az

Səfər Əbiyev türkiyəli generalı və amerikalı komandanı qəbul edib

Səfər Əbiyev türkiyəli generalı və amerikalı komandanı qəbul edib

12 Dekabr 2011, 17:42

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı baş plan və prinsiplər idarəsinin rəisi, korpus generalı Mehmet Emin Alpmanı qəbul edib.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, görüşdə Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişafı, bölgədə hərbi-siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı Uilyam Freyzeri də qəbul edib.

Görüşdə regiondakı vəziyyət, ABŞ-Azərbaycan hərbi-siyasi əlaqələrinin mövcud durumu və inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Anti-terror əməliyyatları və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də görüşün əsas müzakirə mövzularından olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir