Modern.az

Məşhur şoumen Murad Dadaşov ANS-də

Məşhur şoumen Murad Dadaşov ANS-də

Təhsil

12 Dekabr 2011, 18:13

Tanınmış şoumen Murad Dadaşovun yeni layihəsi ANS TV-də yayımlanacaq. Modern.az "Anspress"ə istinadən bildirir ki, "Bu da bu" adlı yumoristik layihənin ilk buraxılışına dekabrın 13-də start verəcək. Veriliş format etibarilə digər yumoristik verilişlərdən fərqlənəcək.

Həftədə bir dəfə efirə gedəcək verilişin hər buraxılışda 7 səhnəcik təqdim ediləcək. Əsas personaj yumor aktyoru Müşfiq Şahverdiyevdir. O, DJ, molla, həkim, aerobika müəllimi, fokusçu, tamada kimi hər həftə dəyişməyən obrazlarda çıxış edəcək. Layihənin əsas mahiyyəti hər bir səhnəcikdə Müşfiqin qarşılaşdığı uğursuz əhvalatlar olacaq. Onun tərəf-müqabilləri isə dəyişəcək. Buraya müxtəlif sənət adamları daxildir. İlk verilişin qonaq iştirakçıları meyxanaçılardır. Sonra müğənnilər olacaq.

Verilişin sound-trekini Natavan Həbibi və "Klan-A-Plan" qrupu səsləndirib. Çəkilişlər isə dünya standartları səviyyəsinə cavab verən HD formatında aparılır. "Bu da bu"nun artıq 8 seriyası çəkilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!