Modern.az

Psixoloq uğurlu biznes-ledi olmanın formulu HAQDA: “Qadınlar kişi idmanı ilə məşğul olmasınlar” – MÜSAHİBƏ

Psixoloq uğurlu biznes-ledi olmanın formulu HAQDA: “Qadınlar kişi idmanı ilə məşğul olmasınlar” – MÜSAHİBƏ

Mədəni̇yyət

7 Mart 2019, 09:55

Sürətli inkişaf dövrünün tələbləri qadınları kişi rolunu öz üzərinə götürməyə, pul qazanmağa, ailəni maddi baxımdan təmin etməyə və bizneslə məşğul olmağa sövq edir. Bütün bunlar özünə neqativi cəlb edən qadının nitqində əksini tapmağa başlayır. Bəziləri tədricən unudur ki, o, zərif, daxilən özü ilə harmoniyada və hüzur içində olmalıdır.

Bunların baş verməməsi üçün uğurlu bizneslə məşğul olan xanımlar nələrə diqqət etməlidir?

Psixoloq Həlimə xanım Qəmərlinskaya bu problemlərin aradan qaldırılması istiqamətində Modern.az-ın suallarını cavablandırıb...

 

- Həlimə xanım, uğurlu biznes-ledi olmaq üçün nələrin olması vacibdir?

 

- Çex yazıçısı Karel Çapek vaxti ilə deyib ki, əgər qadın məğlub olmursa, deməli o, qalib gəlir. Əgər məğlub olursa, o qalib gələnlərə diktə edir. Deməli, qadının uğurlu biznes-ledi olması üçün o  daha çox yumşaq, adaptasiya etməyi bacaran olmalıdır. Bütün dəyişikliklərə öz ideyalarıyla, davranışlarıyla daha tez uyğunlaşmalıdır. Ümumiyyətlə, son illər dünyada, eləcə də Azərbaycanda qadınlar öz işlərini qurmağa başladılar. Hətta Azərbaycan üçün çətin olan 90-cı illərdə kimsə həyat yoldaşını müharibədə itirirdi, yaxud da boşanmalar zamanı ailəyə qadın özü baxırdı və iqtisadi böhranlar zamanı  iş yerini itirən kişilərə də ailə qadın baxmalı idi. Elə həmin illərdə xırda biznesdə qadın sahibkarların sayı sürətlə artmağa başladı. Çox xoş haldır ki, son 10 ildə ölkəmizdə minlərlə xırda şirkətlərin başında qadınlar dayanır. Bunlar əsasən, qidalanma, dəb, tikiş, kosmetika və kosmetik baxımlar, eləcə də, idman sahəsində - fitnes və aerobika sferasındadır. Azərbaycanda indi də bu biznesin başında qadınların sayı çoxluq təşkil edir. Lakin onlar da kişilərdə olduğu kimi hansısa problemlərlə qarşılaşırlar. Rusların bir misalı var, canavarı ayaqları yedirdir. Onlar uğur dalınca qaçmalı olduqlarından öz stillərində, geyimlərində, davranışlarında, prioritetlərində dəyişiklik etməyə məcbur olurlar.

 

 - Qadınların biznesdə rolu və ona  təsiri... Qadınlar üçün korporativ  şəkildə, ya kiçik bizneslə başlayıb boyük işlər görmək üçün uğurlu planlar qurmaq əlverişlidirmi? Yəni startapla başlamaq  daha  asandır, ya hazır bizneslə məşğul olanlarla işləyərək öz biznesini qurmaqla başlamaq?

 

 - Əslində, fəqli təcrübə ola bilər. Məsələn, mən 12 il dövlət sektorunda çalışmışam. Daha sonra 5 il korporativ şəkildə davam edib, oradan da ayrıldım. Tək fərdi formada intellektual biznes konsultasiyalar verirəm. Bu, mənə daha əlverişli oldu. Çünki  dövlət sektorunda bir həkim kimi tam incəliklərini bilirsən. Bu təcrübəylə korporativ sektora girəndə görürsən ki, tam fərqli bir sektordur. Daxili proseduralar, siyasətlər, dress-kod... Hansı ki, mən həkim olaraq dövlət strukturlarında belə şeylərlə tam rastlaşmırdım. Yəni korporativ mədəniyyət, onun meyarları, inkişaf proqramları nədir,  bütün bunların hamısını korporativ sektorda əldə elədim. Təbii ki, hal-hazırda müstəqil konsultant kimi müştərini başa düşmək mənə daha asandır. Həm dövlət, həm də korporativ sektordan müştərilərim olanda onların daxildə olan ehtiyacları nədir, başa düşürəm. Yəni,onların fikrini hazırda müstəqil sahibkar, konsultant kimi çıxış edəndə başa düşmək mənə daha asandır. Biznes-ledilərə kömək üçün onlara hardasa təcrübə tolamaq lazımdır. Digər tərəfdən isə bu xanımlar 20-ci əsrin 90-cı illərindən artıq öz şəxsi bizneslərinə başlayıblar, məsələn alqı-satqıyla bağlı. Onlar hazırda böyük bir təşkilat başındadırlar. Bax, onlar mənim müştərilərimdirlər. Hansı ki onlar da başa düşürlər ki, tələbləri nədir. Məsələn, görürlər ki, hazırda keçmiş idarətmə sistemi keçmir, yeni iddarəetmə sistemləri olmalıdır və onlar mənim kimi digər konsultantları da dəvət edirlər. Biz bu keyfiyyətlərin  formalaşması üçün onların əməkdaşlarıyla  çalışıb, daxili korporativ mədəniyyətini, hansısa satış bacarıqlarını  artırırıq və xüsusi proqramlar tərtib edib, təlimlər keçiririk. 

 

- Biznes qadınları necə dəyişdirir? bəzən elə olur ki, qadın bizneslə məşğul olanda sanki bir kişi obrazı yaranır və ya qadın qorxur ki, istədiyi kimi geyinərsə, ciddiyə alınmaz. Bax bu baxımdan biznes qadınları necə dəyişdirir?

 

- Maraqlı sualdır. Əvvəllər məsələn, sahibkardan danışanda deyirdik ki, sahibkar obrazı özünəgüvənli, ambisiyalı, xarizmatik kişi... İndi  bu təsvirin qarşısından "kişi" sözünü götürüb, yerinə "qadın" sözünü qoymaq, qəbul edilib, məqsədyönlüdür.  Əvvəllər ancaq Avropa və Amerikada görürdük ki, qadın sərbəst və müstəqil ola bilər. Lakin son illər həm postsovet ölkərində, eləcə də bizdə bu, çox normal qəbul olunur ki, bu müstəqil, təkbaşına xanımdır. Əslində, bu çox pozitiv fenomendir ki, artıq öz uğurunu qazanıb, öz siyasətini, hədəflərini, nə istədiyini  bilir. 

Təbii ki, həmin zamanda  bu xanım düşür risk qrupuna. Hansı ki, elə də adlanır -  biznes-vumen.  Bu, onun öz risk qrupudur. Birincisi, elə ondan başlayaq ki, xanımlar biznesdədir və onlar stress yaşayırlar. Yəni, stressiz biznes yoxdur. Digər tərəfdən, həmin xanımda yuxusuzluq, və yorğunluq xronniki yuxusuzluq  sindromu var. Əgər xüsusilə, xanım hələ üstəlik, ailəlidirsə. Çox hallarda biznes-vumen ailəi olur, övlad sahibidir. Ən azı, o, ancaq bizneslə məğul ola bilmir. Bizneslə 12 saat məşğul olaraq, o evə qayıdıb ən azı 6 saat da ailə-məişət problemlərini həll etməli, evdəkilərlə məşğul olmalıdır. Bu, o deməkdir ki, həmin biznes-vumen 18 saat yatmır, dincəlmir. Hələ yaxşı ki, paltaryuyan, qabyuyan maşınları, tozsoran və köməkçiləri var, hansı ki, məişət işlərini bir az yüngülləşdirirlər.

Sadəcə, ailədə həyat yoldaşı və övladlarıyla ünsiyyəti, ailədaxili problemlərin həlli üçün müzakirəsinə də vaxt lazımdır. Mən ailə tanıyıram ki, qadın iş adamıdır, lakin buna baxmayaraq, övladı ancaq onun hazırladığı yeməkləri yemək istəyir. O, böyük bir biznes adamıdır, lakin işdən evə gəldikdən sonra nahar hazırlamağa başlayır. Hələ bundan sonra  övladlarının dərsləriylə də məşğul olur, nəzarət edir. Bu da həmin xanımlardan enerji və vaxt tələb edir. Deyir ki, bunu həyat yoldaşı eləsə belə, yenə həmin proseduru özü də həyata keçirir. Gecə saat 1-də yuxuya gedir. Soruşuram ki, siz həmin vaxtadək neyləyirsiniz axı, paltar yumursunuz, ev yığışdırmırsınız. Cavab verir ki, həmin vaxt uşaqlarla dərs hazırlığına, həyat yoldaşımla nəyinsə müzakirəsinə və ünsiyyətə həsr olunur. 

Səhər saat 6-da isə yuxudan durur. Bu xanımlar xroniki yorğunluq və yuxusuzluq sindromundan əziyyət çəkirlər. 

Təəssüf ki, stresslər, biznes görüşlər, müzakirələr, səfərlər,  xanımlarda daha çox guya "relaxs" gətirən  mənbələr axtarışına səbəb olur. Bu da pis vərdişlərə gətirib çıxarır. Siqaret, ya da  alkoqollu içkilərin istifadəsi kimi... Fikir vermişəm ki, Rusiyada və Avropada biznes xanımlar belə vasitələrdən çox istifadə edirlər. Onlar deyir ki, biznes görüşlərdə kişilərlə içməyə məcburuq ki, müzakirələrdə olaq. Təbii ki, buna görə biznes-ledilər məcburdurlar ki, hansısa alkoqol içkidən içsinlər. Digər tərəfdən rəfiqələrlə, dostlarla bir araya gələndə dincəlmək üçün şərab və ya digər alkoqollu içkilərdən istifadə edir, siqaret çəkirlər və bunlar da pis vərdişlərdir. Həmin risk qrupuna aiddir emosional stabilliyin olmaması. Təbii, əgər xanımlar böyük qərarlar verir, biznesi və ailəni idarə edirlərsə, kişilərlə bərabər bazarda öz adını saxlamalıdırlar. Lakin onun emosional zəkası başlayır zəifləməyə. Belə zamanda o elementar nəyəsə böyük emosional reaksiya verir. Bu biznesin qadını necə dəyişdirməsinin nümunəsidir. Digər tərəfdən isə, xanımlarda kişilərə məxsus vərdişlər əmələ gəlir; geyim, vücud dili, əl-qolla danışmaq, siqaret çəkmək, içki içmək. Məsələ burasındadır ki, siqaret çəmək kişilərdə həmişə olub, amma indi baxırsan, Rusiya, Türkiyə işgüzar qadınları da kişilərlə bərabər pis vərdişlərdən asılı vəziyyətdədirlər. Bütün bunlar hamısı bizim əsl təbii kimliyimizi dəyişdirməyə başlayır. Bu neqativ bir haldır ki,  belə xanımlarda kişiləşmə sindromu əmələ gəlir.

 

- Biznesdə uğur qazanan qadınların psixologiyasında hansı dəyişikliklər baş verə bilər? Bu dəyişikliklər nədən qaynaqlanır?

 

- Uğur qazanan qadınlarda özünəgüvən artır. Evdə ya onu sıxırlar, ya da necə deyərlər düşmənlərin acığına sübut etmək istəyir ki, mən kiməm, özünü təsdiq etmək istəyir... Öz üzərində işləməyə başlayır, qabağa gedir. Digər tərəfdən ailədə qız uşağıdır, ona görə də həmişə olduğu kimi diqqət evin oğlunun üzərindədir,o isə bu diqqətdən kənarda qalıb. Hələ də elə rayonlar var ki, qızlara təhsil verməyə ehtiyac belə duymurlar. Hələ üstəlik, qınayırlarda ki, təhsil sənin nəyinə lazımdır, ev işlərini gör, ailə qur, vəssalam. Təbii ki, bu situasiyanı qəbul etməyənlər öz üzərlərində ciddi-cəhdlə işləyirlər. Belə xanımlar daha çox uğur əldə edirlər. Amma burada bir nüans da var, qadın bütün həyatını işə həsr edib "işqolik" olmasın. Yəni "mən zəhmətkeş qadınam, hədəfə doğru getməliyəm" istiqamətində olmasın. Həmişə yeni tədqiqatlar aparıram ki, yeni ideyalar olsun. Bu yaxınlarda "İş və həyat" adlı təlimə hazırlaşanda da çox maraqlı fenomenlə rastlaşdım. Başladım düşünməyə ki, məndə o var, ya yoxdur? Buna deyirlər "vaxt nevrozu". Həmin xanımlarda vaxt nevrozu əmələ gəlir.

 

- Vaxt nevrozu nədir?

 

- Xanımlar fərqli məqsədlərlə, hədəflərlə beyin olaraq o qədər məşğul olurlar ki, onlarda təsadüfən, hansısa boşluq yarandısa, başlayırlar nevroz keçirməyə ki, nəyə görə həmin vaxt məndə boşdur. Həmən istəyirlər həmin vaxtı doldursunlar. "Kiminlə vaxtı boş keçirməməliyəm" deyə düşünürlər. Deməli, həmin vaxtı faydalı işə sərf edənlər də olur, yəni xeyriyyə işlərinə, idmana, aztəminatlı ailələrə başçəkmə, kitab oxuma və s. Digər tərəfdən isə, bunu içki məclisinə, siqaret çəkmə ilə balanslaşdıranlar da az deyil. Hər bir insan vaxtı balanslaşdırmalıdır. İstirahət, iş, yuxu, sağlamlıq, asudə vaxt, biznesin inkişafı, bunlar hamısı işgüzar xanım üçün prioritet olmalıdır.

 

- Əgər fikir vermisinizsə, bu sadaladığımız keyfiyyətlər Avropa ölkələrində yoxdur. Dünyanı idarə edən xanım liderlər saat 6-dan sonra işləmirlər. Həmin xüsusiyyətlər daha çox postsovet ölkələrində qalmaqda davam edir.  Elə götürək bizdə, saat 6-da işdən çıxıb gedənlərə işəyovuşmaz kimi baxırlar. Niyə?

 

- Elədir, hətta Avropada tələsən xanımlara çox da uğurlu xanımlar kimi baxmırlar.  Amma 6-da işdən çıxan xamımlar ondan sonra da evə getmir, biznes görüşmələri, hansısa problemlərin həlliylə məşğuldurlar. Biznes görüşlərdə də ki, hansısa gələcək hədəflərin müzakirəsidir. Bunlar hamısı doğrudur, konkret psixologiyada biraz dəyişiklik olmalıdır.

 

- Bəlkə imicmeykere ehtiyacları var?

 

- Ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrində bütün iş adamlarının məsləhətçiləri, psixoloqları, imicmeykerləri var. Digər tərəfdən uğurlu xanım odur ki, o, ilk növbədə sağlamdır, ailədə  harmoniyası var, nə üçün çalışdığını bilir və 3 prioriteti də biznesə doğru aparır. Yox, enerjisini  ititirir, ancaq biznes hədəflərinə görə çalışır, dostlar ailə, sağlamlıq, özünəbaxım,  ümümiyyətlə, bunlar kənarda qalırsa, həmin qadın artıq uğurlu biznes-vumən deyil. Bu ilk öncə dərketmədən başlamalıdır ki, mən bugünkü gündə kiməm? Çox istəyərdim ölkəmizdə bizneslə məşğul olan qadınlar dayanıb baxsınlar ki, onların bugünkü gündə resursları nədir? Resursları nəyə imkan verir? Həqiqətənmi onlar sağlamlığı kənara qoyaraq, prioriteti biznesə etməlidirlər. Onsuzda əgər biznesə qoşulsalar,  stress vəziyyətləri artacaq. Stressin özü mənfi bir hal deyilsə belə, təzahürləri, fəsadları pisdir. Qeyd edim ki, onkoloji xəstəliklərin mənbəyi 90-95 faiz stressdir. Artıq bu xəstəliyin hər kəsdə genetik olmadığı bəllidir. Bu təkcə onkoloji xəstəlik yaratmır, insultlar, beyin qanamaları da baş verir və gənc insanların ömrünə son qoyur.

 

- "Kişi kimi qadındır" ifadəsinə münasibətiniz?  Kişiləşmə sindromunun qadına vurduğu şüuraltı zərbələrin fəsadları nələr ola bilər? 

 

- Fərdi olaraq, çox neqativ baxıram. Şəxsən mənə kimsə desə ki,  kişi kimi qadınsan, buna kompliment kimi də baxmıram, təhqir də saymıram. Amma başa düşürəm ki, bu ifadəyə layiq görülən qadınları hansısa müsbətlərə görə, kişilərə bənzədirlər. Halbuki,  qadınlar özləri bugünkü gündə sözündə dayanan, məqsədyönlü,  idarəedən, qərarverəndirlər. Gender problemi də yoxdur.  Lakin əgər biz deyiriksə ki, bu xanım kişi kimidir, kişi kimi qərarlar verir, o zaman şüuraltı dəyişikliklər başlayır. Ən pisi də odur ki, həkim olaraq demək istəyirəm ki, bizim ən əsas xanımlığımızı saxlayan, kişilərdə bizə qarşı maraq, meyillilik yaradan estrogen hormonun ifrazı azalır. Bax, bu, problemdir. Testosteron artır, bu da yaxşı göstəricilər gətirmir. Əgər bizdə vücud dili dəyişirsə, məsələn, xanımlar ağır atletika ilə məşğul olursa, ağır çəki qaldırırsa, təbii ki, onda testosteronun ifrazatı artacaq, estrogen ifrazı azalacaq. Estrogen ifrazı azaldıqda isə avtomatik bütün fəsadlar başlayır, tsikl olaraq gedir. Qadında tüklənmə başlayır, tsikl dəyişmə  ürək-damar sisteminə təsir edir, təbii ki, bu da reproduktiv funksiyaya çox pis təsir göstərir. Klimaktroid dövrünü yaxınlaşdırır. Əvvəllər  klimaks 50-55 yaşlarlnda baş verirdi, indi isə, 40 yaşında. Niyə?  Ona görə ki, estrogen azalır. Biznes-vumənlər də bu tez-tez baş verir. Estrogenin orqanizmdə faizinin yoxlanması özü bir göstəricidir.

 

- Orqanizmdə, psixologiyada, prioritetlərdə, iş və  həyat balansında hansı dəyişikliklər yarana bilər?

 

- Əsas odur ki, bizdə hər kəs özünə görə, hansısa prioritetlər seçə bilər ki, iş və həyat balansı qorunsun. Axı həyatımız ancaq işdən ibarət deyil. Həkim kimi başlayıram - necə qidalanıram, yatıram, idmanla məşğulammı, çəkim artıb-azalırmı, özümü necə hiss edirəm, həkimə sonuncu müraciət nə zaman olub və s. Digər tərəfdən hər bir insan öz üzərində işləməlidir, inkişaf etməlidir.

 

- Bəs mənəviyyat necə dəyişilir? 

 

- Mənəviyyatın dəyişilməsi xeyirxahlıqla, yardımlaşma, sərgilərə, teatra-konsertə getməklə baş verir. Özü də elə-belə konsertə yox, həqiqətən yaradıcılığın məhsulu olan teatra, konsertə getmək lazımdır. İnam da məviyyatın formalaşmasında böyük rol oynayır. Yəni mənəviyyatı mütləq düşünmək lazımdır. Asudə vaxt... Hamı deyir ki, asudə vaxtımı qoruyum. Asudə vaxtdan səmərəli istifadə heç də idmanla məşğul olmaq demək deyil.

 

- Vücud dilinə bu sözün birbaşa təsiri nəticəsində hormonal dəyişikliklər yarana bilərmi? Qadın orqanizmində testosteron hormonların səviyyəsini yüksəlməsində bu amillərin təsiri varmı?

 

- Tamamilə doğrudur, əgər vücud dili dəyişirsə, jestlər xanımlığı itirirsə, xanımlar çox jestlər edirlərsə, əgər bu, sadəcə hansısa ictimaiyyət qarşısında çıxış deyilsə, hansısa xanım kişilərin istifadə etdiyi jestlərdən hədsiz istifadə edirsə, təbii ki, bu, meylilik yaradır ki, testosteron artsın. Eləcə də, qadınlar kişilərə xas idmanla məğul olanda da bu baş verir. Yəni böyrəküstü vəzlərdə testosteronun ifrazı artacaq. Estrogen daha çox düzgün qida ilə, meyvə-tərəvəz, yaşıllıq, tərkibində selen olan qidalar vasitəsiylə, yoqa ilə, düzgün tənəffüslə artır. Yoqa təlimində elə pozalar var ki, estrogenin ifrazını artırır. Ona görə də qadınlarımız, xüsusilə də işgüzar xanımlarımız bunlara diqqət etməlidirlər.

 

- Şirkətin üzü hesab edilən qadın rəhbərlər üçün onu əhatə edən insanlar arasında avtoritet olması xüsusilə vacibdir. Həmkarları arasında uğur əldə etmək və seçilmək, tərəf müqabillərinin və əməkdaşlarının hörmətini qazanmaq, müştərilərində yüksək və xoşagələn təəssürat yaratmaq üçün manerada və düzgün seçilmiş qarderobda nələrə diqqət edilməlidir?

 

- Bu, çox gözəl sualdır. Bu sualın cavabın böyük layihələrin tərkib hisssi kimi təqdim etmək lazımdır. Şəxsən mən özüm ruhi-əsəb xəstəxanasında çalışarkən istədiyim makiyajdan, saç düzümündən istifadə edə bilmirdim, ya da elə geyimimdə. Ona görə ki, bu xəstələrdə qıcıq yarada bilərdi, ya da düzgün təəssürat, obraz  hesab edilməyəcəkdi. Eyni zamanda xəstəxanadan ayrılarkən  məndə belə problem yaranmışdı, makiyajdan çox istifadə edirdim. Uyğun olub-olmamasını bilmirdim. İndi isə maşallah, bu haqda informasiya çoxdur, maarifləndikcə, yerinə görə istifadə edirsən. Eləcə də parfümlərdə. Elə xanımlar var ki, ümumiyyətlə, hansı parfümdən nə vaxt və harada istifadə etməyi bilmirlər. Səhər yaaxşam, ya biznes görüşünə həmin parfümü necə istifadə etmək olar? Parfümü kostyuma, saça vurmaq olar ya yox? Layihələr həyata keçirilərkən bu sahə üzrə ixtisaslaşmış mütəxəsislər ekspert qismində təlimlər, master-klasslar keçirlər. Hətta özümə də maraqlıdır, parfümləri bədənin hansı hissəsinə vuraq ki, ciddi görünək. Ümumiyyətlə, parfümü biznes görüşdən 5 dəqiqə əvvəl  istifadə etmək ya səhər vurmaq uyğundur? Yəni bu kimi suallar əksəriyyət xanımlarda var.

 

- "Boss" qadınların qarderobunda şalvar-kostyum, ətəklik, ya donlara üstünlük verilməlidir? Yaxud geyim dəvət olunduğu yerə, tədbirə uyğun seçilməlidir? Bu sahədə digər alternativlərə ehtiyac varmı?

 

- Biznes-vumən üçün qarderob, ümumiyyətlə, çox zəngindir.  Müxtəlif şalvarlar, ətəklər, donlar, kostyumlar vacibdir. Lakin bu geyimlərdən yerinə görə istifadə etmək münasibdir. Bu haqda ekspertlər danışsa daha maarifləndirici oalr.

 

- “Boss” qadınların makiyajında önəmli çalarlar hansılardır?

 

- Məncə, başlıcası hər bir qadının üzü təravətli olmalıdır, əgər qadın özünə qulluq  etmirsə, bu həmən bilinir. Silinməmiş üzə altdakı makiyajın üzərindən yenisini etmək, stressi, yoğunluğu gizlətməyəcək. Xanımın üzü birinci növbədə təmiz, təravətli görünməlidir. Yalnız ondan sonra bu xanım öz biznesinə uyğun makiyaj etməlidir. Boz rəngdə görünməmək, parlaq olmaq üçün. Amma gündəlik makiyajla axşam makiyajının yerini qarışıq salmamaqla...

 

- Biznes ledilər zinət əşyaları seçərkən nəllərə diqqət etməlidirlər?

 

- Bütün bunlar biznes-vumənin hansı tədbirə qatılmasından asılıdır. İş görüşmələrində diqqət yayındıran zinət əşyalarından istifadə məqsədəuyğun deyil. Yerinə görə, az gözə çarpan və ya əksinə ola bilər. Mənə görə, konkret tədbirlərdə əsas qolda saat və qulaqda hansısa xırda sırğalardır. Lakin gecə tədbirə gediriksə, hər şey ona uyğun olmalıdır. Bu sualları da ekspertlərə yönəldəcəyik, onlar bütün bunların izahlarını verəcəklər. 2008-ci ildə Yaponiyada stil qadınların bir ortamda necə dəbli geyinməsini görmüşəm. Məncə ən dəbli, stilli biznes-vumenlər orada yaşayırlar. Orada fikir verdim ki, xanım gəlir, onun qələmi, kəməri və saçtutanı  eyni brenddəndir və eyni formadadır. Çox sadə, açıq rəngli paltar və sadaladıqlarım səni cəlb edir. Yəni bu baxır artıq insanın fərdi zövqünə...

 

Gülnaz Qənbərli

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir