Modern.az

Hulusi Kılıç iki partiya sədrinin İntiqam Əliyevlə bağlı məktubuna cavab verib

Hulusi Kılıç iki partiya sədrinin İntiqam Əliyevlə bağlı məktubuna cavab verib

12 Dekabr 2011, 18:24

Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əlyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın hüquqşünas İntiqam Əliyevin İstanbul Atatürk Hava Limanında üzləşdiyi təzyiqin araşdırılması xahişinin əks olunduğu məktuba cavab verib.

VİP mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, H.Kılıç baş vermiş məlum olaydan üzüntüsünü vurğulayaraq, hazırda Türkiyədə İ.Əliyevlə bağlı hadisənin istintaqının davam etdiyini, nəticələrin ictimaiyyətlə paylaşılacağını diqqətə çatdırıb.

Səfir eyni zamanda, İ.Əliyevlə bağlı olayın öz miqyasında nəzərdən keçirilməsinin vacibliyini də önə çəkib:
“Hörmətli İntiqam Əliyev ilə əlaqədar hadisənin öz əhatəsində qiymətləndirilməsinin lazım gəldiyini düşünürəm. Türkiyə və Azərbaycanın birliyi və bərabərliyi, xalqlarımızın qardaşlığı baxımından məsuliyyətli və sağlam fikirli davranış sərgiləmənin əhəmiyyət daşıdığını dəyərləndirirəm”.


Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi