Arxiv
7 mart 2019, 12:35 | DİASPOR
Xocalı – 27: Bu il dünyada soyqırımı fərqli formatda anıldı

Bu il Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar həyata keçirilən tədbirlər daha çox fərliliyi ilə diqqəti çəkdi. Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları bu il də Xocalı soyqırımının tanıdılması ilə bağlı fəallıq göstərdilər. 

Ən yadda qalanları isə aşağıdakılar idi. 

 

Avropada azərbaycanlıları ilk dəfə böyük şəkildə bir arada

 

İlk dəfə olaraq Avropada yaşayan azərbaycanlılar mitinq keçirmək qərarını verdilər. Belə ki, fevralın 23-də dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə izdihamlı Ümumavropa Qarabağ mitinqi keçirilib.

Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında baş tutan aksiya siyasi və ictimai baxımdan mühüm əhəmiyyət kəsb edirdi.
Aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.

 

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.

 

Bu onu göstərdi ki, azərbaycanlılar dünyanın hansı bucağında yaşamasından asılı olmayaraq, Qarabağ məsələsində həmrəydirlər. Biz bu həmrəyliyin ilk dəfə daha geniş formada  bu il şahidi olduq. Reallıq odur ki, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar vahid bayraq altında birləşə bildilər. Təbii ki, bu işdə Diasporla iş Üzrə Dövlət Komitəsinin böyük rolu var. Çünki neçə illər idi ki, dünyadakı azərbaycanlılar birlik, bərabərlik məsələsində erməni diasporuna uduzurdu.

 

Xocalı soyqırımının qurbanları Ukraynada səhnələşdirildi

 

Daha bir tədbir Ukraynada baş tutdu. Belə ki, fevralın 22-də  Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımı hadisələrini bədii üslubda çatdırmaq məqsədilə “Böyüməyən uşaqlar” tamaşası nümayiş olunub.

Ukraynanın “Çornıy kvadrat” teatrı tərəfindən səhnələşdirilən səhnə əsəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Kiyev Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə hazırlanıb.

Tamaşanı izləməyə gələnlər arasında daha çox ukraynalılar idi. Ukraynadakı diaspor təşkilatımızın dəstəyi ilə həyata keçirilən tədbir həm də fərqliliyi ilə seçilirdi. “Böyüməyən uşaqlar” kitabı əsasında səhnələşdirilən tamaşa,  soyqırım gecəsi hər iki valideynini itirən 25 uşağın həyatından bəhs edirdi.

 

Vaşinqtondakı ermənilər şokda

 

Xocalı soyqırımı ərəfəsində daha bir etiraz aksiyasını Vaşinqtonda yaşayan azərbaycanlılar etdi. Xocalı soyqrımı qurbanlarının haqqını tələb etmək üçün Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısında etiraz aksiyası keçirdilər.

İlk dəfə idi ki, Vaşinqtonda 50-dən çox azərbaycanlı gənc Ermənistan səfirliyinin qarşısına çıxdı.

Hətta bu şəhərdəki erməni diasporu bu məsələdən heytrəini gizlətmədi. Çünki özləri hər il 24 apreldə  Vaşınqtonda 20-30 ermənini bir araya gətirə bilmirlər.

 

Avropa Parlamenti bəyanat imzaladı

 

Bu il həmçinin, Xocalı soyqırımının ildönümü ərəfəsində Avropa Parlamentinin 60-dan çox üzvü (12 ölkə) bəyanat imzalayıb. Bəyanatda bildirilir ki, gələcəkdə bəşəriyyətə qarşı belə cinayətlərin qarşısını almaq məqsədilə Xocalı soyqırımının günahsız mülki qurbanlarının xatirəsi ehtiramla yad edilməlidir.

Bəyanatda Xocalıda baş vermiş qanlı hadisələrin qurbanları olmuş qadın, uşaq və yaşlı insanlar haqqında məlumat da yer alıb.

 

“Hesab edirik ki, gələcəkdə bəşəriyyətə qarşı belə cinayətlərin bir daha baş verməməsi üçün Xocalıda törədilmiş dəhşətli hadisələr zamanı həyatını itirmiş insanların xatirəsini yad etmək böyük əhəmiyyət kəsb edir. 27 il öncə Azərbaycanın Dağlıq Qarabağ regionunda baş vermiş Xocalı qətliamının günahsız qurbanlarının xatirəsini böyük hüznlə yad edir və onların ailələrinə başsağlığı veririk. Xocalı faciəsi zamanı həyatını itirmiş insanların ailələrinin kədərini bölüşürük. Biz, Avropa Parlamentinin üzvləri bütün həmkarlarımızı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməyə və hər il bu günü qurbanların xatirəsinə hörmət əlaməti olaraq anım günü kimi qeyd etməyə çağırırıq”, - deyə bəyanatı imzalayan Avropa Parlamentinin üzvləri öz həmkarlarına müraciət ediblər.

 

“Srebrenitsa anaları” Xocalı üçün Bakıya gəldi

 

“Xocalıya ədalət!”, “Ermənistan Azərbaycan torpaqlarından rədd ol!” şüarlarının səsləndiyi aksiyada iştirak edən soydaşlarımız Vaşinqtonda ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və direktoru Bədir Məmmədlinin ətrafında toplanaraq, soyqırımı qurbanlarına edilən vəhşiliyi Ermənistanın utanc yeri olduğunu söyləyiblər.

 

Soyqırımın 27-ci ildönümü ərəfəsində "Srebrenitsa anaları" Hərəkatının üzvləri Bakıya səfər etdilər. Onların səfəri daha çox  diqqət çəkdi.

 

Oxşar taleyi yaşayan insanlar soyqırım siyasətinin qurbanları idi. “Srebrenitsa anaları” Hərəkatının üzvləri Xocalıda hər iki valideynini itirən 25-lə bir araya gəldi. Bu görüş o qədər təsirli xarakter daşıyırdı ki, sözlə ifadə etmək belə çətindir. Bosniyalı müsəlman qadınlar serblərin soyqırımına məruz qalaraq doğmalarını itirib. 25 nəfər uşaq da eyni taleyin qurbanlarıdır. Ayrı-ayrı dillərdə danışan bu insanlar bir araya gələrkən bir-birinin dilini baxışlarla, hisslərlə anlaya bilirdi.


“Srebrenitsa anaları” Xocalı qətliamını öz soyqırımları kimi qəbul etdiklərini də dilə gətiriblər. Onlar bildiriblər ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasına dəstək verəcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55