Modern.az

Prezident hərbi xidmətlə bağlı fərman imzaladı

Prezident hərbi xidmətlə bağlı fərman imzaladı

Təhsil

12 Dekabr 2011, 20:18

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2012-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Prezidentin rəsmi saytına görə, 1994-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2012-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2012-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaq.

Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına bu fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmələri tapşırılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi