Arxiv
8 mart 2019, 12:22 | DİASPOR
Oman Sultanlığında musiqimizi təmsil edən azərbaycanlı xanım

Onun yaşayıb çalışdığı Oman Sultanlığında Azərbaycandan adam çox azdır, necə deyərlər, həmin ölkədə vətənimizi təmsil edən üç-beş soydaşımızdan biri də odur...

Haqqında söhbət açdığım Vüsalə xanım Yusif Sumqayıt şəhərində dünyaya gəlib. 1993-cü ildə 23 nömrəli orta məktəbin 9-cu sinfini bitirərək, Sumqayıt Musiqi Texnikumuna qəbul olunub. 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurub. Sonra Bakı Musiqi Akademiyasının fortopiano və solo ifaçılığı fakultəsinə daxil olub. 2001-ci illdə bakalavr, 2003-cü ildə isə magistr dərəcələrinə yiyələnib. Hər iki səviyyəni fərqlənmə diplomu ilə bitirib. 

Bundan əlavə London Musiqi Akademiyasının LRSM diplomuna layiq görülüb…

14 yaşında ilk solo konserti baş tutan Vüsalə xanım 1996-cı ildə ölkə pianoçular müsabiqəsinin qalibi olub. 2003-2011-ci illərdə Azərbaycan Milli Koservatoriyasında konsertmeister kimi çalışıb. Eyni zamanda Sumqayıt Musiqi Kollecində pianodan dərs deyib. 
2011-ci ildə Oman Sultanlığından Sultan Qabus Universitetinə dəvət alıb. O vaxtdan indiyədək həmin universitetdə fortopiano müəllimi işləyir…


2011-2015-ci illərdə Bakı Musiqi Akademiyasının doktoranturasında online oxuyaraq, 2016-cı ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib (PhD)…

…Atası Yusif Qarakişiyev əslən Zəngilan rayonundandır. Uzun illər Sumqayıt boruyayma zavodunda sex rəisi vəzifəsində çalışıb. Anası Validə xanım İsmayılova isə Sumqayıt Musiqi Kollecinin baş müəllimidir…

Vüsalə xanım bir gənc alim kimi dünyanın müxtəlif ölkələrində beynəlxalq musiqi konfranslarına dəvət alır. Kembric Universitetində ölməz Qara Qarayevin yaradıcılığından söylədiyi mühazirə ən yadda qalanlarındandır. Bundan əlavə o, Sinqapur, Bankonq, İstanbul konfranslarında da Azərbaycan bəstəkarlarının yaradıcılığından ingilis dilində çıxışlar edib.
İndiyədək 20-dən çox solo konserti baş tutub. Oman Dövlət Televiziyasında lentə köçürülən piano ilə solo nömrələri bu günə kimi nümayiş etdirilir…


…Ömür-gün yoldaşı Sənan Əmirbəyov Sumqayıt şəhərində dünyaya gəlib, əslən Quba rayonundandır. İxtisasca elektrik mühəndisidir. İki oğlu var, böyük oğlu Mətin 13, ikinci oğlu Emin 9 yaşındadılar. Hər ikisi də istedadlı uşaqlardır. Ana dili ilə yanaşı, ingilis, fransız dillərində mükəmməl danışa bilirlər…

Mütaliə etməyi xoşlayır. Azərbaycanın istedadlı yazıçısı, mənim uşaqlıq dostum Varis Yolçuyevin əsərlərini sevə-sevə oxuyur. Yeri gəlmişkən, bir haşiyəyə çıxım. Varis həqiqətən də son illər ən çox oxunan yazıçılardan biridir. Sevinirəm ki, onun ingilis dilinə tərcümə olunan əsərlərini kitabsevərlər Amerikada da oxuyurlar...

Azərbaycan bəstəkarlarının yaradıcılığı haqqında növbəti beynəlxalq konfranslarda çıxış etməyə hazırlaşır. Bu ilin may ayında İstanbulda keçiriləcək pianoçuların festivalında bir ifaçı kimi iştirak edəcək…

Əbədiyaşar bəstəkarlarımızı, Azərbaycan musiqisini Oman Sultanlığında ləyaqətlə təmsil edən bu xanımın xidmətləri danılmazdır. 
Qoy bu yığcam yazı 8 mart Beynəlxalq Qadınlar Günündə ona ünvanlanan həm təbrik və həm də əməyinə verilən ilk dəyər olsun…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55