Arxiv
5 mart 2019, 13:00 | DİASPOR
Ohayo ştatında yaşayan azərbaycanlı gənc

Atalar yaxşı deyib - "Niyyətin hara, mənzilin də ora". Onu da Amerikaya niyyəti gətirib. Elə bu niyyətlə də burada yuva qurub, necə deyərlər, ev-eşik sahibi olub…

Haqqında söhbət açdığım Səbuhi Nəsibov 1992-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. 2010-cu ildə həmin şəhərdə fəaliyyətdə olan litseyi bitirib. 2010-2011-ci illərdə Türkiyənin Sivas Cümhuriyyət Universitetində, 2011-2014-cü illərdə isə Çin Xalq Respublikasının Şanxay Dövlət Universitetində çin dili filologiyası və biznesin idarə olunması üzrə təhsil alaraq, hər iki ixtisasdan fərqlənmə diplomuna layiq görülüb...

2015-ci ildən ABŞ-da yaşayır. Buraya gələndən sonra iki il Vaşinqtondakı kolleclərdən birində oxuyaraq, biznesin idarə olunması üzrə ixtisasını artırıb. 2017-ci ildən Ohayo ştatının Kolumbus şəhərində məskunlaşıb. Beş ay "Chase" bankının İT departamentində proqramçı işləyib. Hazırda "Natonwide" sığorta şirkətinin baş İT departamentində proqramlaşdırma üzrə şöbə rəisi vəzifəsində çalışır…

…Atası Vüqar Nəsibov tikinti sahəsində bizneslə məşğuldur. Əslən Yevlax rayonundandır. Anası Reyhan Nəsibova isə evdar xanımdır…

Deyir ki, - "ABŞ-a gəlmək istəyənlər ilk növbədə təhsil haqqında düşünməlidirlər. Sonra gərək Amerika mədəniyyətinə hörmətlə yanaşmağı bacarsınlar, yerli insanlara qaynayıb qarışa bilsinlər. Əgər bu keyfiyyətlərə yiyələnə bilsələr uğur qazanacaqlarına inanıram"…

Səbuhi həm də bizneslə məşğul olur. Qardaşı Azərlə birlikdə üç şirkət yaradıblar. Şirkətlərdən biri ev və ofislərin təmizlik işlərinə baxırsa, ikincisi inşaatla məşğul olan təmir-tikinti şirkətidir. Üçüncü şirkət isə mebel satışını həyata keçirir. Deməli, Malaziyanın "AVRS" mebel zavoduna xüsusi eskizlər göndərib, sifarişlər verir və oradan hazır mebel dəstlərini qəbul edirlər. Maraqlısı da odur ki, həmin dəstlərin adları Azərbaycanla bağlıdır. "Bakı", "Qarabağ", "Aran", "Dərbənd", "Cəbrayıl", "Ağdaş", "Naxçıvan", "Füzuli", "Şuşa", "Göyçə", "Quba" və s. mebel dəstlərinin hər biri bir model olaraq amerikalıların da xoşlarına gəlir…

Səbuhi bir başqa oğuldur. Azərbaycanı çox sevir. Milli kimliyinə sədaqətlidir. Həyatını amerikalı xanımla bağlamaq istəmədiyindən, vətənə dönərək bir azərbaycanlı xanımla ailə həyatı qurub. Tezliklə onu da ABŞ-a gətirməyə çalışır...

İbadətindən qalmır, vaxtlı vaxtında namaz qılıb, oruc tutur. Bütün əldə etdiklərini ona Allahın verdiyini dilə gətirib, şükr edir. Cəmi 27 yaşı var, uğurları onu qane etsə də inanırıq ki, ən böyük nailiyyətləri hələ irəlidədir. Çünki Allaha saf niyyətlə baş əyənləri Allah həmişə ucaldıb…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55