Arxiv
9 mart 2019, 11:46 | DİASPOR
Los Ancelesin azərbaycanlı gənci - Teymur Əlixanovun ABŞ-a köçmə səbəbi...  

Söhbətimə böyük Nizaminin bir beyti ilə başlamaq istəyirəm:

"İstəyə gənclikdə mümkündür çatmaq,
Qocalıq gəldimi, axtar bir bucaq"…

Bəli, gənclik ömrün elə çağlarıdır ki, həmin dövrdə əziyyətə qatlaşıb, əzmkarlıq göstərsə, insan uğurlara imza ata bilir. Teymur Əlixanov da gəncdir, 27 yaşı təzə tamam olub. Amma bu qısa müddətdə təhsil sahəsində xeyli uğur qazanıb. O, 1991-ci ildə Bakıda dünyaya gəlib. 2009-cu ildə 160 nömrəli orta məktəbi bitirərək, Həştərxan Dövlət Universitetinə qəbul olunub. 2009-2014-cü illərdə həmin universitetdə dünya iqtisadiyyatı və idarəçilik, eyni zamanda hüquqşünas ixtisaslarına yiyələnib. Bunlardan hüquqşünas ixtisasını fərqlənmə diplomu ilə bitirib. 


2014-cü ildə Həştərxan Dövlət Universitetinin ABŞ-ın Klark Universiteti ilə birgə həyata keçirdiyi iki illik magistratura təhsili proqramına müraciət edib və tələbə adını qazanıb. Bir il sonra akademik məzuniyyət götürərək Bakıya qayıdıb. 2017-ci ilədək Azərbaycanda Standartlaşdırılma, Metrologiya və Potent üzrə Dövlət Komitəsində iki ay beynəlxalq əlaqələr şöbəsində mütəxəsis işləyib, sonra isə "Azstandartinform" dövlət şirkətinin rəhbəri olub və həmin sahədə Azərbaycanı BMT-də təmsil edib… 

2017-ci ildə ABŞ-a gəlib. Bir il Massaçusets Klark universitetində təhsilini davam etdirərək,  "Human resources" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Hazırda Kaliforniya ştatının Los Anceles şəhərində sığorta şirkətlərindən birində kadrlar şöbəsinə rəhbərlik edir…


…Atası Elmar Əlixanov iqtisadiyyat elmləri namizədidir. Əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyib. Hazırda bizneslə məşğul olur. Anası Leyla Əlixanova da iqtisdiyyat elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir…


Teymur həm də ictimai fəaldır. Los Ancelesdəki Azərbaycan konsulluğunun keçirdiyi tədbirlərdə iştirak etməklə yanaşı, həm də təşkilati məsələlərdə yardımçı olur…

Arzuları çoxdur, fərqlənmə diplomu ilə bitirdiyi hüquqşünas ixtisasının da magistr dərəcəsinə yiyələnmək istəyir. Ştatlararası nəqliyyat və yükdaşıma şirkəti yaratmağı planlaşdırır...

Həyat eşqi ilə dolu olan gülərüz, güclü yumor hissinə malik, şən, təmiz qəlbli bu 27 yaşlı soydaşımızla söhbətdən doymadım. Sanki mənim də 27 yaşım var idi. Bəli, gənc bir azərbaycanlının yad ölkədə uğur qazanmaq üçün məhz təhsilin vacib olduğunu anlaması, həmin yerin qayda-qanunlarına, eləcə də orada mövcud olan müxtəlif mədəniyyətlərə hörmətlə yanaşması məndə onun işıqlı gələcəyinə inam yaratdı…


Elman Eldaroğlu,

ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51 Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi 21 Sentyabr 2019, 15:34 Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?! 21 Sentyabr 2019, 15:23 Umud Mirzəyev Cenevrədə bəyanat verib 21 Sentyabr 2019, 15:15 İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik etdi 21 Sentyabr 2019, 15:04 Bakı metrosunda HADİSƏ - Qatar TÜSTÜLƏNDİ - Sərnişinlər təxliyə olundu 21 Sentyabr 2019, 14:55 Prezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM 21 Sentyabr 2019, 14:51 “UNEC ikili diplom proqramları” sərgisi keçirildi 21 Sentyabr 2019, 14:45 Çinin nümayəndə heyəti Milli Xalça Muzeyinə gəldi 21 Sentyabr 2019, 14:13