Modern.az saytı xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar informasiya və kommunikasiya texnologiyaları ilə bağlı bütün məsələlərin yüksək səviyyədə həll etmək üçün tədbirlərə başlayıb. Bu barədə adı çəkilən nazirliyin mətbuat xidmətindən saytımıza məlumat verilib.
RİTN xarici qonaqların daha asan şəkildə məlumatlandırılması məqsədilə SMS xidmətindən geniş şəkildə istifadə edəcək. Belə ki, tədbir dövründə rouminq xidmətindən istifadə edən xarici qonaqlara rouminq xidmətini göstərən yerli mobil operator tərəfindən onların mobil telefonlarına “Eurovision-2012” ilə bağlı rəsmi sayt, Telefon Məlumat Mərkəzi, qonağın gəldiyi ölkənin səfirliyinin əlaqə detalları və zəruri hesab ediləcək digər məlumatları əks etdirən SMS-lər göndəriləcək.
RİTN bununla bağlı hər üç mobil operatora müvafiq tapşırıqlar verib.
Modern.az