Modern.az

Azərbaycan-Türkiyə QHT işçi Qrupu Ankaradan qayıdıb

Azərbaycan-Türkiyə QHT işçi Qrupu Ankaradan qayıdıb

15 Dekabr 2009, 18:55

Dekabrın 10-13-də Azərbaycan-Türkiyə QHT İşçi Qrupunun heyəti Rauf Zeyni (MQF-nin prezidenti) və İham İsmayılov (ATXƏM-in sədri) Ankarada olublar. Səfər zamanı Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda 2010-cu ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri QHT-lərinin I Bakı Forumuna hazırlıqla bağlı məsələlər müzakirə olunub.

ATXƏM-in mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan-Türkiyə QHT İşçi Qrupunun heyəti Türkiyədən olan üzv təşkilatların rəhbərləri və digər sivil toplum quruluşları ilə Ankarada (Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TürkSAM) başqan yardımçısı, Celalettin Yavuz, Türk Ocakları başkanları, Türk Azərbaycan Dərnəkləri Federasyonu rəhbərləri, Türkiyə Qastrentoloji Vakfının rəhbəri Ali Özden, İPMA Dünya Konqresi Başkanı Çətin Elmas) görüşərək, onlarla iki ölkə arasındakı ictimai əlaqələrin durumu, iki ölkə QHT-lərinin qarşılıqlı əlaqələri ilə bağlı müzakirələr aparıb, onlarla Bakıda keçiriləcək Türk Dövlətlərin QHT-lərinin I Bakı Forumunun gündəliyini müzakirə ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu