Arxiv
11 mart 2019, 09:27 | DİASPOR
Aşıq Qaranın Amerikada yaşayan nəvəsi - FOTOLAR  

Şirvan camaatı yəqin ki, aşıq Qara haqqında çox eşidib. Seyfəddin Qəniyevin qələmə aldığı "Qobustanlı aşıq Qara" kitabında mərhum el sənətkarının həyat və yaradıcılığı barəsində xeyli məlumat var. Bu gün sizə aşıq Qaradan deyil, nəvəsi Təranə Qarayeva - Taylordan söhbət açmaq istəyirəm. 

Təranə xanım Bakıda dünyaya gəlib. 1980-ci ildə 13 nömrəli məktəbin 8-ci sinfini bitirərək, indiki Sumqayıt Musiqi Kollecinə qəbul olunub. 1984-cü ildə oranı fərqlənmə diplomu ilə başa vurub, piano müəllimi ixtisasına yiyələnib. 1984-1989-cu illərdə indiki Bakı Musiqi Akademiyasında təhsil alıb, bu təhsil ocağını da piano ifaçısı və piano müəllimi ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirib. 1989-1995-ci illərdə müxtəlif musiqi məktəblərində pianodan dərs deyib. 1995-1999-cu ullərdə indiki Azərbaycan Dillər Universitetində Koreya və ingilis dilləri üzrə tərcüməçi ixtisasından bakalavr, 1999-2001-ci illərdə isə ingilis dili üzrə tərcüməçi ixtisasından isə magistr dərəcəsinə yiyələnib. Hər iki dərəcənin fərqlənmə diplomuna layiq görülüb.

2000-2004-cü illərdə "Azeronline" internet şirkətində əvvəlcə redaktor, sonra isə şöbələrdən birinin meneceri olub. 

2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alaraq, biznesin idarə olunması üzrə magistr dərəcəsinə yiyələnib (MBA). Eyni zamanda "AtaHoldinq" şirkətində reklam şöbəsinə rəhbərlik edib. 

2006-2008-ci illərdə Qatar dövlətinin Doha şəhərində ingilis məktəbində musiqi dərslərini tədris edib, həm də bankların birində icraçı katib vəzifəsində çalışıb.

2008-ci ildən ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayır…



…Ömür-gün yoldaşı Con Taylor əslən ingiltərəlidir. İxtisasca mühəndisdir. Bir vaxtlar Bakıda, "BP"də işləyib. 2005-ci ildən rəsmi nikahdadırlar. Con maraqlı və istedadlı insandır, Azərbaycanı sevir. Vətənimiz haqqında kifayət qədər məlumatlıdır. Hazırda "BHP" şirkətində rəhbər vəzifələrdən birində çalışır…

Təranə xanım Hyustona gələndən bir il sonra dünyaşöhrətli Hyuston Baletində pianoçu kimi işə düzəlib, 2016-cı ilədək orada çalışıb. Sonra qərara gəlib ki, şəxsi biznesini yaradaraq müstəqil fəaliyyət göstərsin, elə bu niyyətlə də 2016-cı ildə "Tarana Taylor Studio"sunu təsis edib və hazırda həmin studionun rəhbəridir.

Amerikada balet musiqisi üzrə beş-altı ən güclü mütəxəsisdən biri kimi qəbul olunan bu soydaşımız dünya musiqisi ilə yanaşı Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin əsərlərini də tələbələrinə öyrədir. Bu ilin sonlarında tələbələri ilə birgə konsert verməyi də planlaşdırır. Martın 15-dən 20-sinədək keçiriləcək ABŞ musiqi müəllimlərinin konfransına hazırlaşır. Tezliklə "YouTube" internet platformasında "Balet dərslərində pianoçunun rolu" mövzusunda ustad dərsləri layihəsini həyata keçirmək istəyir. 

Bu əzmkar, işgüzar xanımın əməyi Hyuston şəhər rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb…

Aktiv həyatı çox xoşlayır. Sualtı üzgüçülük, dağa dırmanma idman növlərinə xüsusi marağı var. Hətta bu yaxınlarda, aprelin 14-də paraşütlə təyyarədən tullanmağı da sınaqdan keçirəcək. 
Səyahət etməyi sevir, indiyədək bir sıra ölkələri gəzib. İspaniya, İtalya, İngiltərə, Meksika, Avstraliya, Koreya, Karib adaları onun səfər etdiyi ölkələrdəndir…

Hyustonda öz musiqi məktəbini yaratmaq onun ən böyük arzusudur. İnanıram ki, o, bu arzusuna da çatacaq. 

Bəli, vətənimizi canından əziz bilən bu mehriban, şən, istedadlı xanımın timsalında Azərbaycan qadınının nə qədər güclü və istedadlı olduğuna bir daha şahidlik etdim…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub 27 May 2019, 15:00 Minsk Qrupunun həmsədrləri Yerevana gəlib 27 May 2019, 14:53 “Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat 27 May 2019, 14:51 Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın   27 May 2019, 14:46 Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...” 27 May 2019, 14:45 Berluskoni Avropa parlamentinin deputatı seçildi 27 May 2019, 14:35 Əfqanıstan baş nazirinin müşaviri öldürüldü 27 May 2019, 14:23 Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara müraciət etdi 27 May 2019, 14:14 Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlandı 27 May 2019, 14:10 Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda  27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59