Modern.az

Obama söz verdi:"Dekabrın sonuna qədər gedirik"

Obama söz verdi:"Dekabrın sonuna qədər gedirik"

Dünya

13 Dekabr 2011, 23:14

ABŞ prezidenti Barak Obama Ağ evdə İraqın baş naziri Nuri Əl-Malikini qəbul edib. İlin sonuncu gününə kimi bütün hərbi kontingentin İraqdan çıxarılacağına söz verən ABŞ prezidenti görüşdən sonra keçirilən birgə mətbuat konfransında 9 illik İraq müharibəsinin başa çatdığını rəsmi şəkildə bəyan edib. Ağ ev rəhbəri digər region ölkələrinin İraqın daxili işlərinə müdaxilə etməli olmadığını və ölkənin suverenliyinə hörmətlə yanaşılmalı olduğunu vurğulayıb.

Obama dekabrın 31-nə kimi ABŞ qoşunlarının tam heyətlə İraqı tərk edəcəyinə baxmayaraq, Vaşinqtonun regionu daim nəzarətdə saxlayacağını qeyd edib: “Bizim Yaxın Şərqdəki iştirakımız davam edəcək. ABŞ hər zaman müttəfiqlərini, tərəfdaşlarını və maraqlarını müdafiəsinə qalmağa hazırdır”.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir