Modern.az

Bu ölkədə ilk konservatoriya açılacaq

Bu ölkədə ilk konservatoriya açılacaq

Dünya

11 Mart 2019, 22:13

Səudiyyə Ərəbistanı ölkədə ilk konservatoriya binasını inşa etməyi planlaşdırır. Bunu Krallığın Əyləncələr üzrə Baş İdarəsinin direktoru Turki Al əş-Şeyx bildirib.

Modern.az xəbər verir ki, o, “Əl-Ərəbiyyə” telekanalının efirində deyib: “Mən təbəələr üçün qeyri-adi sürprizi elan etmək istərdim. Mədəniyyət Şurası konservatoriyanın tikintisinə və açılışına tezliklə icazə verilməsi imkanlarını öyrənir”. Doğrudur, Turki Al əş-Şeyx layihənin müddətini və dəyərini açıqlamayıb.

 

Bundan sonra sosial şəbəkələrdə islahat tərəfdarları ilə mühafizəkarlar arasında mübahisələr başlayıb. Əsasən gənclərdən ibarət islahat tərəfdarları hesab edirlər ki, bu təşəbbüsün vaxtı çoxdan çatıb və o, Krallığın inkişafında irəliyə doğru atılmış addım olacaq. Onların opponentlərinin, yaşlı nəslin nümayəndələrinin fikrincə, musiqi təhsilinin dəstəklənməsi islam normalarını pozur. Onlar düşünürlər ki, konservatoriya yerinə daha çox ilahiyyat məktəbləri və Quran kursları açmaq lazımdır.

 

Musiqi savadı Krallığın orta və ali məktəblərinin çoxunda hələ də məcburi dərs proqramına daxil deyil. Daha mühafizəkar bölgələrdə ali məktəblərin rəhbərliyi musiqinin qadağan edilməsi barədə fitvaları rəhbər tutur və onlara riayət edir.

 

Musiqi, ilk növbədə, kütləvi çıxışlar yaxın keçmişə qədər Səudiyyə Ərəbistanında dövlət səviyyəsində qadağan edilmişdi. “Baxış-2030” planının qəbul edilməsi vəziyyəti əsaslı surətdə dəyişib. Ölkədə müntəzəm olaraq konsertlər və festivallar təşkil edilməyə başlayıb, ilk opera binasının tikintisi planlaşdırılır. Təkcə bu il Krallığın musiqi məkanlarında Merayya Keri, Andrea Boçelli və multiinstrumentalçı Yanni kimi musiqiçilər çıxış ediblər.

 

Bu il Taif və Ər-Riyad əyalətlərində dövlət universitetləri bazasında musiqi alətlərində ifa kursları, vokal və səhnə mədəniyyəti sinifləri açılıb. Dərslər həm oğlanlara, həm də qızlara uyğunlaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir