Arxiv
12 mart 2019, 09:06 | DİASPOR
Amerikada çalışan qarabağlı həkim - Elçin Zeynalov kimdir?  

Budəfəki söhbətimi gənc həkimlərə xoş müjdəylə başlamaq istəyirəm. ABŞ hökumətinin xüsusi rezidentura proqramı var ki, universitetlərə, xəstəxanalara xaricdən tələbələr cəlb etmək göstərişi verilib. Tələb olunan imtahanlarda müvəfəqiyyət qazanan gənclərin rezidenturada təhsili ödənişsizdir. Və hətta rezidentlərə hər ay maaş da veriləcək. “Bunun üçün nə tələb edilir” sualına cavab olaraq bildirmək istəyirəm ki, ilk addım kimi www.ecfmg.org saytına daxil olub, qeydiyyat hesabı yaradaraq müsabiqəyə qoşulmaq lazımdır. Müsabiqə ödənişlidir. Hər bir namizəd dörd imtahan verməlidir, imtahanların ikisi Türkiyədə, ikisi isə ABŞ-da keçirilir…

İndi isə növbəti qəhrəmanımdan danışmaq istəyirəm. Elçin Zeynalov 1979-cu ildə Bakıda dünyaya gəlib. 1996-cı ildə 275 nömrəli orta məktəbi bitirərək Azərbaycan Tibb Universitetinə qəbul olunub və 2001-ci ilədək orada həkim ixtisasına yiyələnib. Sonra bir il xəstəxanalardan birində internatura keçib. 2002-2004-cü illərdə ön cəbhədə yerləşən N saylı hərbi hissənin tabor tibb xidmətinin rəisi olub. 2005-2010-cu illərdə "MediClub"da həkim-terapevt işləyib. 

2010-cu ildən Amerikada yaşayır. Həkimlərin "USMLE" imtahanlarını verdikdən sonra 2013-cü ilədək Nyu Yorkdakı "St. Johns Episcopal Hospital"ında rezidentura keçib. Burada olarkən baş rezident vəzifəsinədək yüksələ bilib. 2013-2017 ci illərdə Nyu Meksika ştatının Albuquerque şəhərində fəaliyyət göstərən "Presbyterian Hospitalı"nda daxili xəstəliklər və intensiv terapiya həkimi işləyib. 2017-2018-ci illərdə Nyu Meksika Universitetində təhsilini davam etdirərək yuxu təbabəti həkimi ixtisasına yiyələnib. 2018-ci ildən "Lovelace Hospital"da yuxu təbabəti həkimi kimi çalışır…

…Atası Fərman Zeynalov əslən Cəbrayıl rayonunun Həsənqaydı kəndindəndir. Filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin professorudur. Hazırda universitetin ingilis dilinin fonetikası kafedrasının müdiridir. 

Anası Yeganə xanım Zeynalova uzun illər orta məktəbdə ipdidai sinif müəllimi işləyib, hazırda təqaüddədir…

Deyir ki, "Amerikaya təhsilini davam etdirmək üçün gəlmək istəyən həkimlər heç nədən çəkinməsinlər. Burada həkimlərə təlabat böyükdür və onları geniş imkanlar gözləyir"…

Tenis, basketbol oynamağı, marafon qaçmağı çox xoşlayır. Hər gün səhər Azərbaycanın xəbər portallarını izləyir. Klassik musiqimizin, muğamın vurğunudur. Xan Şuşinskinin, Alim Qasımovun, Akif İslamzadənin, Flora Kərimovanın, Teymur Əmrahın ifasında mahnılarımızı dinləməkdən zövq alır…

Elçinin ömür-gün yoldaşı Rina xanım Zeynalova Filippin əsilli amerikalıdır. Daxili xəstəliklər həkimidir. Nyu Yorkda eyni hospitalda çalışarkən tanış olub, ailə qurublar. Ərən adlı bir oğlu var. Ərən 7 yaşındadır…

Elçin həkim çox əzmkar, iradəli insandır. İnamla gələcəyə doğru irəliləyir. Söylədiyinə görə, yuxu təbabəti bizim ölkə üçün yeni sahədir. İnşəallah bu ixtisasa mükəmməl yiyələnəndən sonra, vətənə dönüb tibbin bu sahəsinin bünövrəsini qoymaq istəyir…



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47