Arxiv
12 mart 2019, 15:23 | PARLAMENT
“Yəqin ki, Elçin Babayev bu məsuliyyətin ağırlığını hiss edir” - Deputatlar yeni rektordan danışdılar

Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinə dünən təyin etdiyi yeni rektor Elçin Babayev bu gün kollektivə təqdim olunub.

Rektoru BDU-nun kollektivinə təhsil naziri Ceyhun Bayramov təqdim edib. Universitetin Elmi Şurasının yığıncağında nazir rektora fəaliyyətində uğurlar arzulayıb. Eçin Babayev də öz növbəsində ona göstərilən bu etimada görə təşəkkür edib. 

Qeyd edək ki, E. Babayev bu təyinata qədər Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində işləyib.


Milli Məclisin deputatları bu dəfə Modern.az-a Elçin Babayevin təyinatı barədə danışıblar. Rektorun təyinatına münasibət bildirən deputatlar Bakı Dövlət Universitetinin müəllimləridir.


Deputat Kamilə Əliyeva bildirib ki, Bakı Dövlət Universitetinin bundan sonra da inkişaf etməsində, fəliyyətinin güclənməsində, yüksək səviyyəli kadrların hazırlanması və dünya səviyyəsinə çıxmasında Elçin babayevin böyük töhfələri olacaq:

“Dünən cənab prezidentin verdiyi verdiyi sərəncamla Bakı Dövlət Univesitetinə yeni rektor təyin olundu. Elçin müəllimə uğurlar arzu edirəm. Əvvəlki vəzifəsində işlədiyi dönəmlərdə onun fəaliyyəti ilə tanış idim, çox gözəl insan, çox gözəl mütəxəssis, çox savadlı və ziyalı bir şəxsdir. Ümidvaram ki, Bakı Dövlət Universitetində rektor vəzifəsinin məsuliyyətini öz üzərində dərk edərək, cənab prezidentin etimadını doğruldacaq”.

Deputat Fəzail İbrahimlinin fikrincə, Elçin Babayev Bakı Dövlət Universitetinə yeni nəfəs gətirəcək:

“Bakı Dövlət Universitetinə prezidentin sərəncamı ilə təyin olunmuş Elçin müəllimi təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. İstərdim ki, onun tərcümeyi-halında adın müəyyən dövr üçün sadəcə rektor kimi yazılmasın, qoy o, bir islahatçı rektor kimi Azərbaycanın və Universitetin tarixinə düşsün. Bu, təsadüfi təyinat deyil, cənab prezident bu addımı atan zaman yüz ölçüb, bir biçib. Ölkə başçısı çox böyük etibar, inam göstərdiyi insanlar haqqında təyinat verir. Elçin müəllimə Bakı Dövlət Universitetini böyüklüyü həvalə olunub. Güman edirəm ki, o da bu məsuliyyəti, vəzifənin ağırlığını hiss edir”.


Deputat Musa Qasımlının sözlərinə görə, Bakı Dövlət Universitetinin 100 illiyi ərəfəsində  Elçin Babayevin rektor təyin olunması universitetin tarixində yeni səhifə açacaq:


“İlk növbədə Elçin müəllimi təyinat münasibəti ilə təbrik edirəm. O, cənab prezidentimiz İlham Əliyevin digər təyinatları kimi, uğurlu seçimlərindən biridir. Elçin müəllimi uzun illərdir tanıyıram. Həm Şamaxı Rəsədxansının direktor müavini, həm də Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun direktoru kimi fəaliyyəti ilə çoxdan tanışam. Elçin Babayev ən məşhur universitetdə təhsil alıb, tanınmış alimdir, çox yaxşı islahatçıdır. Onun təşkilatçılığına söz ola bilməz. Mən yeni rektoru təbrik edirəm, uğurlar arzu edirəm.Və hesab edirəm ki, universitetin bütün professor-müəllim heyəti, tələbələri ona fəaliyyətində yaxından köməkçi olmalıdırlar”.

 

Günel Məmmədyarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38 Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ 23 May 2019, 16:37 Zelenski Rusiya ilə birbaşa danışıqlardan imtina etdi 23 May 2019, 16:22 Zurabişvili Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası prosesinin bərpasını alqışlayır 23 May 2019, 16:21 Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR 23 May 2019, 16:13 Ukraynalı turist qadın Bakıda gözəllik salonunda yandı 23 May 2019, 16:12 Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər   23 May 2019, 15:41 Füzulidə heyvanlar peyvəndləndi 23 May 2019, 15:40