Modern.az

Paşinyan: "Xalqları sülhə hazırlamaq lazımdır"  

Paşinyan: "Xalqları sülhə hazırlamaq lazımdır"  

12 Mart 2019, 16:38

"Qarabağ münaqişəsində əsas məsələ xalqların sülhə hazırlanması olmalıdır".


Modern.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib.

 

"Qeyd etməliyəm ki, xalqarın sülhə hazırlanması danışıqlara cəlb olunmuş hər hansı hökumətin işi ola bilməz. Bu müştərək işdir. Məsələn, Azərbaycan xalqının sülhə hazırlanması tək Azərbaycanın hakimiyyətinin deyil, Ermənistanın da iştirakı ilə olmalıdır. Məhz bunu anladığım üçün 2018-ci ildə parlamentin tribunasından münaqişənin həllinin həm Ermənistan, həm Qarabağ, həm də Azərbaycan xalqları üçün münasib olmasının vacibliyi barədə çıxış etdim. Mən həm Azərbaycan prezidenti, həm də Azərbaycan xalqı ilə dialoq aparmağa hazıram. Çünki əminəm ki, Azərbaycan xalqı da Ermənistan və Qarabağ xalqı kimi sülhsevərdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir