Modern.az

İslam Partiyası Xaçmazdakı əxlaqsızlığı pislədi

İslam Partiyası Xaçmazdakı əxlaqsızlığı pislədi

Təhsil

14 Dekabr 2011, 14:05

Azərbaycan İslam Partiyası (AİP) Xaçmazın Aslanoba kəndində 2 azyaşlı qızını zorlayan 39 yaşlı Mehman Qocayevin törətdiyi əməli kəskin pisləyir və ciddi narahatlığını ifadə edir. Partiya təəssüflə qeyd edir ki, belə hallar cəmiyyətimizdə baş verən ciddi əxlaq problemlərinin olduğunu göstərir. AİP hesab edir ki, bu kimi olaylar cəmiyyət üçün çox böyük və utandırıcı ləkədir və bu, cəmiyyətin kökünü baltalayan hadisədir.

İslam Partiyası bu kimi əxlaqsız və mənəviyyatsız hadisələrin əsas səbəbi kimi cəmiyyətdə İslam maarifinin qarşısının alınması göstərir.
“Əksər telekanallarda və digər təbliğat vasitələrində mənəviyyatımızın tam əksinə təbliğatın aparılması, bundan əlavə adi etik qaydaları və İslam dəyərlərinin cəmiyyətdə təbliğ olunmaması və bunlara süni şəkildə məhdudiyyətlərin qoyulması belə hadisələrə rəvac verən amillərdən hesab oluna bilər. Təbii ki, fərd olaraq içində vicdan və Allaha inam daşımayan şəxs, istənilən mənəviyyatsız əmələ imza ata bilər. Bunun üçün cəmiyyətdə milli və mənəvi dəyərlər daha çox təbliğ olunmalı, insanların dini maariflənməsini genişləndirmək lazımdır. Əks halda gələcəkdə də belə tükürpədici olayların baş verəcəyi gözlənilə bilər. Çünki, müsəlman olaraq, İslam dinindən nə qədər uzaqlaşırıqsa, onun dəyərləri düzgün qiymətləndirilmirsə (bu dəyərlər cəmiyyəti fundamental kökünə bağlayır və İslam əxlaqını təlqin edir), belə neqativ hallar da baş vermək ehtimalını çoxaldır”.

AİP hesab edir ki, bu kimi hallar “Dini etiqad və vicdan azadlığı haqqında” qanuna aon  dəyişikliklərin nəticəsidir.
“İslam dininin maariflənməsini məhdudlaşdıran dəyişikliklər insanlarda dinə qarşı qorxu yaradır. Onun nəticəsi olaraq, cəmiyyətdə maariflənmə aparılmır və əxlaqdan, mənəvi dəyərlərdən uzaq düşən şərəfsiz fərdlər alçaq əməllər törətməkdə davam edirlər.

Müsəlmanların müqəddəs saydıqları Məhərrəmlik ayında içki qəbul edərək, insan təfəkkürünə sığmayan hərəkətə imza atan atanın zərrə qədər vicdanı və Allah qorxusu ola bilməz. Belə insanlar cəmiyyətdən tam təcrid olunmalı və layiqli cəzalarını almalıdırlar”.

AİP hesab edir ki, ziyalılar, ictimai təşkilatlar, üşaqların hüquqlarının qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatları, Qafqaz Müsəlmanları İdarəsi bu vəhşiliyə göz yummamalı və dərhal münasibət bildirib, yaxından maraqlanmalıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi