Modern.az

Rövşən Rzayev şikayətləri dinlədi

Rövşən Rzayev şikayətləri dinlədi

12 Mart 2019, 18:10

Martın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.

 

Modern.az-ın məlumatına görə, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri və departament direktorları iştirak ediblər.

 

Əvvəlcədən qəbula yazılmış vətəndaşlar Dövlət Komitəsinin rəhbər şəxsləri tərəfindən fərdi qaydada qəbul ediliblər. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.

 

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşulluğunun təmin edilməsini və maddi rifahının yüksəldilməsini diqqət mərkəzində saxlayır. Bu kateqoriyadan olan vətəndaşlarla bağlı məsələlərin həlli sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva müharibədən zərər çəkən insanların, o cümlədən məcburi köçkünlərin daim qayğısına qalır, onların mənzil, təhsil, sağlamlıq problemlərinin həlli üçün mühüm işlər görür.

 

Dövlət Komitəsində qəbulda olan vətəndaşların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir