Modern.az

Aviaşirkətlər “Boeing 737 MAX-8”dən imtina edir

Aviaşirkətlər “Boeing 737 MAX-8”dən imtina edir

12 Mart 2019, 21:39

Dünyanın 25 hava yolu şirkəti Efiopiyada "Boeing 737 MAX-8" tipli sərnişin təyyarəsinin qəzaya uğramasından sonra həmin təyyarələrin istismarından imtina edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliya, Sinqapur, Malayziya, İndoneziya, Çin, Cənubi Koreya, Oman kimi ölkələrin şirkətləri adıçəkilən təyyarənin istismarını dayandırıblar.

 

Xatırladaq ki, Efiopiyadakı təyyarə qəzası nəticəsində 157 nəfər ölüb.

 

Qeyd edək ki, Böyük Britaniya Mülki Aviasiya Agentliyi də öz hava məkanından heç bir “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin uçmaması, ora və oradan uçmaması ilə bağlı qərar qəbul edib. Qadağa bütün havayolu şirkətlərinə tətbiq edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!