Modern.az

Azərbaycanla Çili arasında münasibətlər müzakirə olundu

Azərbaycanla Çili arasında münasibətlər müzakirə olundu

12 Mart 2019, 22:05

Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə Nazir Elmar Məmmədyarov Azərbaycanla Çili  arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, ölkələr arasında mövcud olan münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Həmçinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynadığı vurğulanıb.

 

Nazir Elmar Məmmədyarov bu ilin oktyabr ayında keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitində Çili tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar oduğunu qeyd edib.

 

Qabriel Xara ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Bu xüsusda tərəflər arasında iqtisadi, ticarət, eləcə də sərmayə qoyuluşu kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün biznes forumunun keçirilməsinin vacibliyi vurğulanıb.

 

Görüş zamanı tərəflər arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

Nazir Elmar Məmmədyarov Qabriel Xaraya diplomatik fəaliyyətində uğurlar arzu edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu