Modern.az

“Türk Hava Yolları”nın təyyarəsi qəza enişi etdi

“Türk Hava Yolları”nın təyyarəsi qəza enişi etdi

12 Mart 2019, 22:53

"Türk Hava Yolları" aviaşirkətinin təyyarəsi Sofiya şəhərinin aeroportunda qəza enişi edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Brüssel - İstanbul reysini yerinə yetirən "Airbus 321" təyyarəsi mühərriklərdən birində baş verən nasazlığa görə enib.

 

Bolqarıstan mediasının məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb, təyyarənin endiyi zaman hava limanında digər reyslərin qəbulu və yaxud göndərilməsi həyata keçirilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir