Modern.az

ABŞ “Taliban”la razılığa gəldi

ABŞ “Taliban”la razılığa gəldi

12 Mart 2019, 22:38

ABŞ və “Taliban” hərəkatının danışıq qrupları xarici qoşunların Əfqanıstandan çıxarılmasına və terrorizmə qarşı mübarizəyə dair müqavilə layihəsi hazırlayıblar.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, layihə martın 12-də, Qətərdə keçirilən danışıqların beşinci raundunun sonuncu günü razılaşdırılıb.

 

Sənəddə taliblərin terror qruplaşmaları, o cümlədən “Əl-Qaidə” ilə əlaqələrin kəsilməsinə, hətta bu qruplaşmalara qarşı mübarizəyə hazır olduqları əksini tapıb. ABŞ tərəfi də öz növbəsində qoşunlarını Əfqanıstandan çıxarmağa hazır olduğunu ifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi