Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

12 Mart 2019, 23:31

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 11-də 67,52 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 1,6 dollar/barel çoxdur.

Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,22 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,71 dollar/barel çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI