Arxiv
13 mart 2019, 08:18 | DİASPOR
Avropada “Xudafərin”i yayan azərbaycanlı...  

Əbu Turxanın gözəl bir deyimi var: "Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz"…

Niderland krallığında yaşasa da, daha çox Azərbaycan cəmiyyətinin üzvüdür. Elə ona görə də bütün planları, arzuları Azərbaycanla bağlıdır…

Haqqında söhbət açdığım Elman Mustafazadə əslən Laçının İmanlar kəndindən olsa da, 1957-ci ildə Qarabağda, məşhur Hindarxı kəndində dünyaya gəlib. 6 yaşında ikən Şuşaya köçüblər, orta təhsilini orada alıb. 1974-cü ildə Bakıya üz tutub, əsgəri xidmətə çağrılanadək müxtəlif yerlərdə işləyib. Ordudan qayıtdıqdan sonra iki il tikintidə fəhləlik edib. 1981-1986-cı illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni maarif fakültəsində oxuyub. Oranı bitirərək, bir il Bakı Yeyinti Sənayesi Texnikumda müəllim işləyib. 1988-1989-cu illərdə Əzizbəyov adına Mədəniyyət evinin rəhbəri olub. 1989-1990-cı illərdə Azərbaycan Əlvan Metal Birliyinin təhcizat idarəsində əvvəlcə ekspeditor, sonra isə şöbə rəisi vəzifəsində çalışıb.

Arada üç ay Ağdərənin Xatınbəyli, Orta Güney, Baş Güney kəndlərinin ermənilərdən müdafiə olunmasında könüllülərdən ibarət silahlı dəstəyə rəhbərlik edib. 1990-cı ildə Azərbaycanda kominist rejiminə etiraz əlaməti olaraq Polşa hökumətindən müvəqqəti məskunlaşmaq izni alıb. 2000-ci ilədək həmin ölkədə yaşayıb. Orada olarkən "Azərbaycan Cəmiyyəti"ni yaradaraq Polşada yaşayan soydaşlarımızı ətrafına toplamaq qərarına gəlib. Bir müddət sonra "Polşada Azərbaycanın Dostları" adlı cəmiyyətin təsisçilərindən biri və sədri olub. Bundan əlavə 1994-cü ildə "AzerLex" və "AzerPol" ticarət şirkətlərini yaradaraq bizneslə də məşğul olub. Qazancından o vaxt döyüşən Azərbaycana bir neçə dəfə dava-dərman da göndərib.

1993-1995-ci illərdə döyüşlərdə yaralanan səkkiz əsgər və zabitimizi öz hesabına Polşa xəstəxanalarında müalicə etdirib. 1995-ci ildə M.Ə.Rəsulzadənin təsis etdiyi, sonuncu sayı 1939-cu ildə buraxılan "Qurtuluş" jurnalından sonra ilk qürbət mətbuat nümunəsinin- "Xudafərin" jurnalının işıq üzü görməsinə nail olub. Bu dərgi yeganə azərbaycandilli jurnaldır ki, Avropada yayımlanmasına rəsmi icazə verilib…

…Üç övladı var, bir oğlu, iki qızı. Babək, Tomris, Azəran…

Deyir ki, 1991-ci ildən 2000-ci ilədək neçə-neçə imkansız azərbaycanlı ailəsinin Avropada yerləşdirilməsinə təmənnasız kömək edib: “Uzun müddət onlara maddi yardım göstərmişəm. Əl tutduğum tələbələr də az olmayıb"…

2000-ci ildən Niderland Krallığında yaşayır. 2006-cı ilədək Hollandiya və Beliçkada Qarabağla bağlı tədbirlərin əksəriyyətinin təşkilatçısı və aparıcısı olub. 2008-ci ilədək təsisçilərindən biri olduğu "BAK"a rəhbərlik edib. Hazırda "Avropada Azərbaycanın Dostları Cəmiyyəti"nin sədridir. "Whatsapp" sosial şəbəkəsində "Ya Qarabağ, ya ölüm" adlı qrup yaradaraq bir sıra Avropa ölkələrindən yüzə yaxın nüfuzlu soydaşımızı burada bir araya gətirib. Dediyinə görə, bu insanların çoxu uzun illər Diaspor Komitəsinin diqqətindən kənarda qalan vətənpərvər yurddaşlarımızdır ki, Azərbaycan naminə canlarından keçməyə belə hazırdırlar…

Ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi olan bu çılğın, fədakar insanın bütün fəaliyyətinin ana xətti Qarabağdır. 
Deyir ki, Qarabağa görə nəinki canından, balalarından da keçər.


Elman Eldaroğlu,
ABŞ, Miçiqan 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsgəndər Həmidov əməliyyat üçün xaricə aparılır 20 May 2019, 15:13 AzTV hərbi vətənpərvərliklə bağlı yeni layihəyə başlayır 20 May 2019, 14:59 Deputat seçiciləri dinlədi   20 May 2019, 14:58 Ömürlük məhbuslara görə Prezidentə müraciət edildi 20 May 2019, 14:40 Sahibkarlıq subyektləri niyə bağlanır? - Deputat fakt açıqladı, iqtisadçı şərh etdi 20 May 2019, 14:34 Havar Məmmədov Gürcüstana getdi – azərbaycanl təlbələrlə görüşdü 20 May 2019, 14:32 Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq 20 May 2019, 14:25 Bakıda gülməli küçə adları: Sallaqxana, Kərpic, Zavod, Pioner,  Komsomol… 20 May 2019, 14:21 Koordinasiya Şurası İtaliyada “Azərbaycan Evi” yaradacaq 20 May 2019, 14:09 Nazirlik: “Sosial proqramların uğuru bəzi dairələrdə dərin narahatlıq yaradıb” 20 May 2019, 13:45 Kamal Abdulla Hindistan səfiri ilə görüşdü   20 May 2019, 13:40  “Nar” gənclərə iş imkanları təklif edir 20 May 2019, 13:39 “AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir 20 May 2019, 13:37 Sabah yağış yağacaq - PROQNOZ 20 May 2019, 13:36 Arvadı və qızını bıçaqlayan şəxs tutuldu 20 May 2019, 13:27 Nazir: “AvroLiqanın finalı ilə bağlı mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır” 20 May 2019, 13:27 Kürdəmirdə DƏHŞƏT: Ata 2 yaşlı qızını öldürdü 20 May 2019, 13:24 Arif Məlikovun heykəli üçün Komissiya yaradılacaq 20 May 2019, 13:24 Mehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıb 20 May 2019, 13:21 Paşinyan xəyanət İZİNDƏ: “Onlar Qarabağı satmağa hazırdır” 20 May 2019, 13:17 “Seçicilərimdən başqa, kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ 20 May 2019, 13:11 XİN Misirdə saxlanılan azərbaycanlı HAQDA 20 May 2019, 13:10 Xınalıqdakı muzey bələdçisinin möhtəşəm ifası - VİDEO 20 May 2019, 13:07 Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb - PROBLEM 20 May 2019, 12:51 Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi   20 May 2019, 12:47 Ukraynanın müdafiə naziri istefa verdi 20 May 2019, 12:40 Gözlər yoldan yığılarmı... - XIX YAZI 20 May 2019, 12:23 İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı   20 May 2019, 12:14 Avropa Liqasının finalına görə daşıyıcılara tapşırıq verildi 20 May 2019, 12:08 Ukraynanın yeni prezidenti and içdi - Rada buraxıldı 20 May 2019, 11:55 Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır 20 May 2019, 11:50 Abbasqulu ağa Bakıxanovun Quranı, möhürü – REPORTAJ   20 May 2019, 11:35 “20 gün erməni girovluğunda - Qarabağ həqiqətləri”  filminin çəkilişi başlayıb 20 May 2019, 11:25 Xoca Əhməd Yəsəvinin həyatı - IV YAZI 20 May 2019, 11:20 Zelenski andiçmə mərasiminə piyada getdi  20 May 2019, 11:07