Modern.az

Erməniləri öyrənə bilməməyimizin SƏBƏBLƏRİ

Erməniləri öyrənə bilməməyimizin SƏBƏBLƏRİ

Aktual

13 Mart 2019, 09:34

Ermənistanla Azərbaycan arasında uzun illərdir bitməyən münaqişə yaşanır. Tarixi vərəqləyəndə görürik ki, ermənilər hər zaman özlərinin uydurduqları hadisələrə elə özləri inanıblar. Zamanla Azərbaycana, Türkiyəyə və başqa dövlətlərə qarşı ərazi iddiaları irəli sürüblər. İddia etdikləri torpaqları isə öz uydurduqları yalanlara görə qədim Ermənistan adlandırıblar. Tarix boyu ermənilər bu həyasızlıqlarını davam etdirsələr də, onlara bir “dur!” deyən olmayıb. Bunun da bir sıra səbəbləri var. Bu səbəblərdən biri də bizim düşməni yaxşı öyrənə bilməməyimizdir. Bəs nə etməliyik?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universitetinin Ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlı bildirib ki, Azərbaycanla Ermənistan arasında münaqişə hələ uzun illər davam edəcək.

“Çünki bu münaqişənin kökləri daha dərinə işləyib və biz son dərəcə güclü, təşkilatlanmış bir toplum ilə üz-üzə qalmışıq. Azərbaycan və Türkiyə əleyhinə ermənilər elə bir düşmənçilik təməli atıblar ki, onların özləri istəsələr belə, bundan xilas ola bilməyəcəklər. Bizim öncə bunları dərk etməmiz lazımdır. Gəcəkdə aramızda olan problemlər həll edilsə, məcburi sülhə gedilsə də, dərinə işləmiş bu bir-birini həzm etməmə davam edəcək. Bütün bunlar isə bizdən gələcək də mübarizəyə hazır olmamızı tələb edir. Buna nə dərəcədə hazırlanırıq? Fərqli yanaşmalar ola bilər. Mən bu ideoloji mübarizədə birinci yerə Ermənistanı, ümumiyyətlə erməni toplumunun dünyadakı fəaliyyət istiqamətlərini öyrənməni ilk sıraya qoyardım. Ermənilər onların iç tərəfini öyrənmək və ona qarşı əks tədbirlər görülməsi üçün elə də açıq vermirlər. Azərbaycan onların razılıq verdikləri qədər informasiya alır. O səbəbdən də bəzən ermənilərin yaydıqları yalan informasiyaların toruna belə düşürük. Erməni yalanlarını, onların saxta tarixi addımlarını ifşa etmək üçün müəyyən addımlar atırıq. Yeni kitablar, məqalələr ortaya çıxır, onları başqa dillərdə yayınlayıb, düşmənin iç üzünü açmaq rolunu yaxşı oynayırıq. Amma bunlar yetərli deyil, gələcəyə yönəlik bəlli bir sistemimizi hələ də qura bilməmişik. Onları öyrənmək üçün erməni dilini bilən yaxşı mütəxəssislər hazırlamalıyıq. Bu iş bir sistemdə oturuşmayıb. Mübarizə metodlarımız da yeni və çağdaş dünyanın diqtə etdiyindən çox uzaqdır. Zənnimcə hər bir məsələ ilə bağlı sistemli çalışmalar olmalıdır və bunlar ümummilli məsələlər kimi mərkəzləşdirilməlidir”.

 

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin  rəhbəri İsmayıl Tanrıverdi bildirib ki, Ermənilər hər zaman azərbaycanlıların onlara xoş münasibətindən  istifadə edib:

“Ermənilər elə millətdir ki, onlara cavab verməyəndə cürətlənib üstünə gəlirlər. Mən dəfələrlə ermənilərin yalanlarını ifşa etmişəm, onlar həmin an susurlar. Ermənilər özlərini hər zaman ali irqin üzvü hesab ediblər. Bu həyasızlığın qarşısını almaq üçün isə biz onları yaxşı tanımalıyıq. Mən erməniləri ona görə yaxşı tanıyıram ki, 33 il onların içində yaşamışam. Ermənilər bir çox işləri azərbaycanlılardan öyrənib, amma bunu etiraf etmirlər. Bizim hamınız birləşib onların yalanlarını ifşa etsək, onlar geri addım atacaqlar. Qərbi azərbaycanlılar onları çox yaxşı tanıyırlar. Ermənilər çox xain, biz isə unutqan millətik. Ermənilər hər şeyi gizli saxlayırlar ki, məlumat toplaya bilməyək. Onlar öz tarixlərini saxtalaşırırlar, arxivlərini gizlədirlər ki, heç kim ifşa edə bilməsin. Özləri öz uydurduqları yalanlara inanırlar və bu yalanlara dünyanı da inandırmağa çalışırlar. Biz bununla ciddi məşğul olmalıyıq, onların tarixinin saxta olduğunu üzə çıxarmalıyıq”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır